Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Qadınlar Şurasının II Konfransı keçirildi
29 sentyabr 2017 | 11:00
29 sentyabr 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Qərargahının akt zalında YAP Pirallahı rayon təşkilatının Qadınlar Şurasının II Konfransı keçirildi. Tədbirdə Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru, Filologiya elmləri doktoru, professor Nurlana xanım Əliyeva, Milli Məclisin deputatı, Azərbaycan Respublikası Milli Məclisində Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri, YAP Qadınlar Şurasının sədrinin müavini Sevinc xanım Fətəliyeva və digər qonaqlar iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında başladı. Himnin səslənməsindən sonra bəşər tarixi boyu Azərbaycan qadınının fədakarlığından, xüsusən son dövrlərdə ölkəmizin inkişafında mühüm rol oynayan, bu gün Yeni Azərbaycan Partiyasının üzvü olan qadınların fəaliyyətindən, dövlətimizin onlara göstərdiyi diqqət və qayğıdan bəhs edən video-çarx nümayiş olundu.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov öz çıxışında Konfrans iştirakçılarını salamlayaraq Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının səmərəli fəaliyyətindən geniş məlumat verdi. Hikmət Şikarov vurğuladı ki, bundan sonrakı fəaliyyətimizdə də daima partiyanın siyasi kursunu rəhbər tutaraq Azərbaycan Respublikasının rifahı, inkişafı naminə xidmət göstərəcəyik.
Sonra Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Qadınlar Şurasının gördüyü işlər barədə hesabat dinlənildi.
Dəvət olunan qonaqlar Nurlana xanım Əliyeva və Sevinc xanım Fətəliyeva öz çıxışlarında bildirdilər ki, bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 700 mindən çox insan birləşib, onlardan təxminən 50 faizi qadınlar təşkil edir. Bu qadınların önündə isə Mehriban xanım Əliyeva dayanır. Vurğulandı ki, Yeni Azərbaycan Partiyasının sıralarında birləşən qadınlarımızı məhz bir amal birləşdirir – Dövlətimizi daha da inkişaf etdirmək, ölkədə sabitliyi, əmin-amanlığı qorumaq, övladlarımızın xoşbəxt gələcəyini təmin etmək. YAP Qadınlar Şurası ölkəmizin uğurlarının, Prezident İlham Əliyevin müdrik siyasətinin təbliğini əsas vəzifələrindən biri hesab edir və bu yöndə fəaliyyətini davam etdirir.
Sonra partiyanın fəal üzvlərinə Fəxri Fərmanlar, partiya sıralarına yeni qəbul olanlara üzvlük vəsiqələri verildi. Səsvermə yolu ilə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Qadınlar Şurasının 21 nəfərdən ibarət Şura üzvləri, 11 nəfərdən ibarət İdarə Heyəti, yeni sədr və sədr müavinləri seçildi. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Qadınlar Şurasının sədri Mustafayeva Kəmalə Cavad qızı seçildi.
Sonda Konfransın Qərar layihəsi səsvermə yolu ilə təsdiq olundu.