Xocavənd rayonu 25 ildir düşmən tapdağı altındadır
02 oktyabr 2017 | 11:00
2 oktyabr 1992-ci il tarixdə Xocavənd rayonu Ermənistan Silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran edilib. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə dağıdılıb. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km avtomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılıb, talan edilərək yararsız hala salınıb. İşğal nəticəsində vurulmuş maddi, mənəvi ziyanla bərabər, rayonun bitki və meşə örtüyünə də böyük miqdarda zərər dəyib. Belə ki, rayonun 1202 ha meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq məhv edilib.
Xocavəndlilər 13 nəfəri qadın, 13 nəfəri uşaq olmaqla 145 nəfər şəhid verib, rayon sakinlərindən 300 nəfərdən çox insan sağlamlığını itirib və ya əlil olub, 243 uşaq valideynlərindən birini itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakinlərdən 49 nəfəri əsir və girovluqda olarkən erməni terroru və vəhşiliyinin qurbanı olmuşdur.
İşğal altında olan Xocavəndin ərazisi bütövlükdə ekoloji terrora məruz qalıb. Rayonun ərazisində yerləşən və ümumi sahəsi 25,5 min hektar olan meşədəki palıd ağacları qırılaraq daşınıb, Xonaşen çayının kənarlarında bitən təbii meşə isə tamamilə məhv edilib. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə əkilən ağaclar da kəsilib.
1992-ci il fevralın 17-də isə ermənilər rayonun Qaradağlı kəndinin dinc sakinlərinə qarşı əsl soyqırım aktı həyata keçiriblər. Hər tərəfdən əlaqəsi kəsilən Qaradağlıya hücum edən ermənilər kəndi yandıraraq, dinc sakinlərə amansızlıqla divan tutublar. 800 nəfərdən çox sakini olan kənddə işğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladları öldürülənləri və yaralıları bir yerdə təsərrüfat quyusuna tökərək üstünü torpaqlayıblar. Ümumilikdə, əsir götürülənlərdən 68 nəfər öldürülüb, 50 nəfər böyük çətinliklərlə əsirlikdən azad edilib. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Kənddə 200 ev, bir mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Qaradağlı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində son illər xeyli iş görülüb. 2008-ci il oktyabrın 4-də Beyləqan rayonunda xocavəndlilər üçün salınan qəsəbənin açılışında iştirak edən Prezident İlham Əliyev demişdir ki, “Bu faciə haqqında hamı bilməlidir. Artıq Qaradağlı faciəsindən bəhs edən Soyqırım - Qaradağlı adlı film çəkilib, bu istiqamətdə tədbirlər indi də davam etdirilir.”
Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirən, ordu quruculuğu sahəsində öz səylərini daha da artıran Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizamı, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu formalaşdırılmasına nail olmuşdur. Ölkə prezidenti İlham Əliyev Azərbaycan dövlətinin bu istiqamətdə yürütdüyü siyasətin məğzini, məqsədini çox aydın və dürüst şəkildə belə ifadə edib: “Biz bütün sahələrdə orduda gedən proseslərin inkişafına çalışırıq... Son illər ərzində maddi texniki bazanın möhkəmdirilməsində böyük işlər görülmüşdür, çoxlu texniki avadanlıq, müasir silahlar alınmışdır və beləliklə, Azərbaycan ordusu xeyli dərəcədə güclənmişdir. Biz bu prosesi davam etdirəcəyik. Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda ilk növbədə ordu quruculuğuna böyük diqqət göstərilməlidir”. Aprel döyüşləri göstərdi ki, Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etməyə qadirdir. Aprel döyüşləri nəticəsində işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Biz inanırıq ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, qətiyyəti sayəsində Dağlıq Qarabağ münaqişəsi həll olunacaq, işğal altında olan bütün ərazilərimiz azad ediləcək, qətlə yetirilən günahsız insanların qanı yerdə qalmayacaq.