Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda tikinti-quruculuq işləri davam etdirilir

13 oktyabr 2017 | 11:00
  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən keçirilən islahatlar nəticəsində iqtisadiyyatının bütün sahələrdə dinamik inkişaf müşahidə olunur, bir sıra problemlər mərhələli şəkildə öz həllini tapır. Bununla paralel olaraq, respublikamızın bütün guşələrində, o cümlədən Pirallahı rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri vüsət alıb. Görülmüş tədbirlər çərçivəsində Pirallahıda mühüm tikinti-quruculuq və abadlıq işləri həyata keçirilmiş, irimiqyaslı infrastruktur layihələri icra olunmuş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi və yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir.
   2017-ci il 01 avqust tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev "Bakı şəhərinin Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq, Pirallahı rayonunda Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinin davam etdirilməsi və qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 29 ədəd yeni beş mərtəbəli çoxmənzilli binanın tikintisi nəzərdə tutulub.
  Pirallahı qəsəbəsinin S.Vurğun küçəsində inşa edilən Rayon İcra Hakimiyyətinin inzibati binası 4 mərtəbədən ibarətdir. Binanın ümumi sahəsi 3485 kvadrat metr, tikinti sahəsi 1224 kvadrat metr, həcmi 20321 kub metr təşkil edəcək. Hal-hazırda fasadın üzlənməsi işləri görülür. İnzibati binanın daxilində divarların suvanması və döşəmənin sement-qum məhlulu ilə hamarlanması işləri aparılır, mühəndis-kommunikasiya xətləri çəkilir.
  Pirallahı qəsəbəsi S.Vurğun küçəsində yeni yaşayış binalarının tikintisi üçün ayrılmış ərazi hasara alınmışdır. Tikinti üçün hazırlıq işləri görülür. Hazırda yeni yaşayış kompleksi layihələndirmə mərhələsindədir.
 
 
 
 
Keçidlər