Pirallahı rayonunda 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edildi
17 oktyabr 2017 | 11:00
Artıq doqquz ayını geridə qoyduğumuz 2017-ci ilin üçüncü rübü ölkəmizin müstəqillik tarixində uğurlu zaman kimi öz layiqli yerini tutmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının düşünülmüş, məntiqli və məqsədyönlü siyasəti Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə və xalqımızın rifah halının daha da yaxşılaşdırılmasına xidmət etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin üçüncü rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Pirallahı rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyə üzvlərinin, ağsaqqallar, gənclər və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur. Hesabat yığıncağını giriş sözü ilə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov açaraq bildirdi ki, həmin iclasda möhtərəm Prezident İlham Əliyev çox mürəkkəb beynəlxalq mənzərə fonunda Azərbaycanın uğurla inkişaf etdiyini, Bakıda V Qlobal Forumunun, IV Mədəniyyətlərarası Dialoq Forumunun, IV İslam Həmrəyliyi Oyunlarının, 24-cü Xəzər neft-qaz sərgi və konfransının keçirildiyini xüsusilə vurğulamışdır. Bu ilin doqquz ayında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin edildiyini deyən ölkə başçısı iqtisadi göstəricilərimizin müsbət olduğunu vurğuladı. Dövlətimizin başçısı ilin doqquz ayında qeyri-neft iqtisadiyyatının 2,5 faiz artdığını qeyd edərək, bunun son illərdə aparılan siyasətin nəticəsi olduğunu bildirdi. Qeyd etdi ki, bu dövrdə qeyri-neft sektorunun sənaye hissəsində artım 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz təşkil edib, xarici ticarət dövriyyəsi 7 faiz artıb, valyuta ehtiyatları 42 milyard dollar səviyyəsində olub. “Biz uzunmüddətli dayanıqlı inkişaf barədə düşünürük”, - deyən dövlətimizin başçısı iqtisadi imkanlarımızın müstəqilliyimizin əsas şərtlərindən biri olduğunu bildirdi. Vurğuladı ki, 4,5 milyard dollar həcmində artan valyuta ehtiyatlarımız doqquz ayın ən uğurlu məsələlərindən biridir.
Vasif İmanov çıxışı zamanı xüsusi qeyd etdi ki, ölkə başçısı qısa bir müddət ərzində rayonumuza iki dəfə səfər etdi. Daha sonra Dövlət Proqramlarının icra vəziyyəti və qarşıda duran vəzifələrdən söz açan Vasif İmanov qeyd etdi ki, Gürgən qəsəbəsində də geniş miqyaslı abadlıq-quruculuq işlərinə start verilmişdir. Qəsəbəsinin giriş hissəsində mərkəzi yolun kənarında Abşeron memarlığını özündə əks etdirən qala divarının inşası tamamlanmış və yol kənarı hissədə dekorativ hasarların inşası başa çatdırılmışdır. Gürgən qəsəbəsində tarixən mövcud olan təbii bulaq yenidən qurulmuşdur. Sudan nümunə götürülərək laboratoriyada yoxlanılmış və içməyə yararlı su olduğu müəyyən olunmuşdur. Bulağın sağ və sol tərəflərindəki sütunların üstündə daşdan yonulmuş 2 ədəd çıraq formalı element quraşdırılmışdır. Gürgən qəsəbəsinin giriş hissəsində yerləşən mövcud göl çirkab sulardan təmizlənmişdir. Gölün ətrafında 4 m enində yol düzəldilmiş və perimetri boyu 300 m məsafədə qaya daşları düzülmüşdür. Gölün qırağında hündürlüyü 9 m, eni 12 m olan şəlalə quraşdırılmışdır. Bundan əlavə gölün üzərində 12 m uzunluğunda piyadalar üçün körpü düzəldilmiş və gölün ətrafında oturacaqlar qoyulmuşdur. Burada quraşdırılmış şəlalənin yanında, gölün daxilində iki ədəd fontan düzəldilmişdir. Gölə əhalinin istirahəti üçün qayıqlar buraxılmışdır. Gölün yanında isə estetik gözəllik yaradan dekorativ yel dəyirmanı qurulmuşdur. Həmçinin gölün ətrafı boyu və mövcud yamac hissədə yaşıllıqlar salınmışdır. Burada kafenin inşa olunması nəzərdə tutulmuşdur. Mərkəzi yol boyu dəniz kənarında “Gürgən” parkı ilə üzbəüz 200 m-lik məsafədə 4 ədəd qayıq, neft çənləri, araba, quyu, tonqal, qaya daşları, xırda daşlar və s. estetik gözəllik yaradan elementlərdən istifadə olunmaqla “Balıqçı Həyatı” kompozisiyası qurulmuşdur. Burada balıqçı, neftçi və onların ailəsindən ibarət 3 ədəd heykəl quraşdırılmışdır. Balıqçı torlarından ibarət çəpərlər düzəldilmişdir. Bundan əlavə ağac kötükləri oyularaq içərisinə müxtəlif növ güllər əkilmişdir. Əraziyə qazon örtüyü çəkilmiş, ağac və müxtəlif növ gül kolları əkilmişdir.
Bildirilmişdir ki, rayonun Baş planı Fövqəladə Hallar Nazirliyinin Ekspertiza idarəsinə təqdim etmək üçün hazırdır. Həmçinin rayonun mərkəzi olan Pirallahı qəsəbəsinin Baş və müfəssəl planı hazırlanır, rayonda salınacaq “Yüksək Texnologiyalar Parkı”nda lahiyələndirmə işləri aparılır. Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binasının inşası və yaxınlıqdakı Heydər Əliyev Mərkəzinin binasında tikinti işləri davam etdirilir. Yeni Azərbaycan Partiyasının Rayon Təşkilatı üçün tikilən yeni inzibati binada birinci mərtəbə inşa olunur. S.Vurğun küçəsində Gənclər Əyləncə Mərkəzi üçün ayrılmış sahədə yeraltı və yerüstü kommunikasiya xətləri inşaat sahəsindən kənarlaşdırılmış, ərazi inşaat hasarına alınmışdır. Rayon üzrə məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatı ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi - uşaq bağçasının inşaat işləri davam etdirilir. Artıq 140 yerlik körpələr evi - uşaq bağçasında işlər tamamlanmaq üzrədir. Pirallahı qəsəbəsi, S. Vurğun küçəsi, “Beton zavodu”n yaxınlığında ölçüləri l=12 m, h=1,2 m “Pirallahı” yazısı və ölçüləri isə l=2 m, h= 5 m rayonun simvolu quraşdırılmışdır. Simvol gecə işıqları ilə təchiz olunmuşdur. Həmçinin yolun əks tərəfində müxtəlif ölçüdə qaya daşları ilə “Daş Kitabə” dekorativ kompozisiyası qurulmuşdur. Onun üzərində isə respublikamızda mövcud olan tarixi və müasir tikililəri, təbiət mənzərələrini özündə əks etdirən rəsmlər həkk olunmuş, qaya daşlarının qabağında Pirallahı rayonunda inşa olunmuş yeni körpünün maketi quraşdırılmışdır.
Eyni zamanda K.Rzayev küçəsində yerləşən “Yaşıl park”da abadlıq işləri aparılmış, yeni oturacaqlar quraşdırılmışdır. Əraziyə 637 m2 asfalt-beton örtüyü çəkilmiş, müxtəlif növ gül və kol bitkiləri əkilmiş qazon örtüyü salınmışdır. S.Vurğun küçəsində baş plana uyğun olaraq salınacaq H.Əliyev parkının ərazisində işlərə başlanılmışdır. Ərazi torpaq tökülərək hamarlanmış və ətrafına 160 p/m dekorativ hasar quraşdırılmışdır. Pirallahı qəsəbəsi, 28-ci məhəllədə inşa edilən yeni yanacaqdoldurma məntəqəsinin ofis binasının və avtoyuma məntəqəsinin tikinti-quraşdırma işləri davam etdirilir. Yanacaqdoldurma məntəqəsində metal fermaların quraşdırılması işləri başa çatdırılmışdır. Pirallahı qəsəbəsində «Nümunəvi Həyətlər» layihəsi çərçivəsində aparılan işlər davam etdirilir. Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində yerləşən yaşıl bazarda və ictimai-iaşə obyektində, K.Rzayev küçəsində yerləşən yaşıl yarmarkada təmir-tikinti işləri davam etdirilir. Dövlət Proqramında nəzərdə tutulmuş qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Eyni zamanda Pirallahı qəsəbəsində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisi, kiçik sahibkarlığın inkişafının dəstəklənməsi layihələri prioritet məsələlər olaraq qalır. 35 ildir ki, çörək adaya kənardan maşınlarla gətirilirdi. Dövlət Proqramına uyğun olaraq və sakinlərin tələbatı nəzərə alınaraq Pirallahı rayonunda “Ada çörək və un məmulatları kombinatı” artıq fəaliyyətə başlayıb.
Sənaye sahəsində görülən işlərdən söz açan V.İmanov vurğuladı ki, rayon ərazisindən yerləşən “Abşeronneft” NQÇİ-nin “Rezervuarlar Park”ının tikintisi istiqamətində işlər yekunlaşıb. Pirallahı adasının giriş hissəsində özündə balıqyetişdirmə ferması, park, iaşə, əyləncə və istirahət mərkəzini əhatə edən “Nərəkənd” kompleksinin yaradılması istiqamətində işlər aparılmışdır. Kompleksin park hissəsində işlər artıq başa çatmışdır. Balıqyetışdirmə ferması isə iki hissədən ibarət olacaqdır – qapalı və açıq tipli fermalar. Fermada nərəkimilərin yetişdirilməsi nəzərdə tutulur. İllik istehsal gücü 150 ton balıq əti və 4 ton qara kürü olacaqdır. “Nərəkənd” kompleksində inşa olunacaq qapalı və açıq tipli fermalarda yetişdirilən, habelə qanunvericiliyin tələblərinə zidd olmayan qaydada yerli balıqçılar tərəfindən dənizdən tutulan balığın və balıq məhsullarının burada satışının təşkil olunması məqsədilə ərazidə balıqçı qayıqları üçün yanalma pontonları və zəruri normativlərə cavab verən ticarət məntəqəsi - Balıq bazarı istifadəyə verilib. Bu məntəqə dörd pavilyondan ibarətdir.
Pirallahı “Yanalma körpüləri kompleksi”nin tikintisində işlər dəniz akvatoriyasında və sahil boyu davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılan Pirallahı Sənaye Parkı innovativ sənayenin inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərin davamı olmaqla, ölkədə əczaçılıq sənayesinin inkişafı, bu sahədə idxaldan asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsi və məşğulluğun artırılması məqsədi daşıyır. Əsasən əczaçılıq sahəsində ixtisaslaşacaq Pirallahı Sənaye Parkı ölkəmizdə yaradılan sayca 5-ci sənaye parkıdır. 30 hektar ərazidə yaradılacaq sənaye parkında sahibkarlar üçün zəruri infrastruktur (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılacaq və digər xidmətlər göstəriləcək. Artıq Pirallahı Sənaye Parkında fəaliyyət göstərəcək əczaçılıq şirkətləri ilə ilkin razılıqlar əldə edilib. Belə ki, Pirallahı Sənaye Parkına Rusiyanın “R-Farm” şirkəti ilə birgə təsis edilmiş “Həyat Farm” MMC tərəfindən ümumilikdə 74 milyon ABŞ dolları, İran İslam Respublikasının “TPICO” şirkəti ilə birgə təsis edilmiş müəssisə tərəfindən isə ilkin mərhələdə 20,6 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu nəzərdə tutulur. Pirallahı Sənaye Parkında “Həyat Farm” MMC tərəfindən 300 adda, digər birgə müəssisə tərəfindən isə birinci mərhələdə 85 adda əczaçılıq məhsulunun istehsalı gözlənilir. Bu müəssisələr, eyni zamanda, rayonda yeni iş yerlərinin yaradılması prosesinə də böyük təkan verəcəklər. Azərbaycanda istehsal ediləcək əczaçılıq məhsullarının yerli bazarla yanaşı, bir sıra xarici ölkələrə satışının təşkili də planlaşdırılır.
V.İmanov qeyd etdi ki, 02 avqust 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Pirallahıda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı Sərəncam imzalamışdır. Sərəncama əsasən “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Prezidentin 2016-cı il 27 dekabr tarixli Fərmanında nəzərdə tutulmuş vəsaitdən Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinə 9,5 milyon manat, o cümlədən Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinin davam etdirilməsi üçün 4,5 milyon manat, qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 29 yeni beşmərtəbəli çoxmənzilli binanın tikintisi üçün ilkin olaraq 5 milyon manat ayrılmışdır.
Ətraf mühitin qorunması, ekoloji tədbirlər və turizmin inkişafından danışan V.İmanov qeyd etdi ki, Pirallahı rayonunda ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyi, insanların sağlamlığının təmin edilməsi, rayonda yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir. Həmçinin rayonda ekoloji mühiti yaxşılaşdırmaq məqsədilə baxımsız qalmış sahələr təmizlənir, antisanitar vəziyyət aradan qaldırılır. Rayonda indiyə qədər 50000 min ədəd Pirallahı qəsəbəsində, 55000 min ədəd Çilov qəsəbəsində, 200000 mindən müxtəlif növ həmişəyaşıl və meyvə ağacları əkilmişdir. Mərkəzi yol boyu müxtəlif landşaft kompozisiyaları düzəldilmiş, torpaq tökülərək yamac və təpələr qurulmuş, hamarlama işləri aparılmış, ərazi qaya daşları, gül və kol bitkiləri ilə bəzədilmişdir. Həmçinin mərkəzi yol kənarı boyu yolun hər iki tərəfində estetik gözəllik verən dekorativ çəpərlər quraşdırılmışdır.
Əhalinin sosial-rifah halının yüksəldilməsi istiqamətində atılan addımlardan danışan V.İmanov qeyd etdi ki, 2017-ci ilin arxada qalan dövrü ərzində şəhid, aztəminatlı, sosial müdafiəyə ehtiyacı olan, məcburi köçkün ailələri daim diqqətdə saxlanılmışdır. 01 sentyabr 2017-ci il tarixində Pirallahı rayonunda Müqəddəs Qurban bayramı münasibətilə 300-ə yaxın aztəminatlı, əlil, ahıl və kimsəsiz ailəyə, o cümlədən məcburi köçkün və şəhid ailələrinə bayram sovqatı təqdim olundu. 14 sentyabr 2017-ci il tarixində 2016-2017-ci tədris ilinin yekunlarına və 2017-2018-ci tədris ilinin başlanmasına həsr edilmiş Pirallahı rayon müəllimlərinin konfransı keçirildi. Tədbirdən əvvəl 200-dək aztəminatlı ailədən olan şagirdə məktəbli forması paylandı.
Diqqətə çatdırıldı ki, hesabat dövründə İcra Hakimiyyəti və digər rayon təşkilatları tərəfindən heyli sayda tədbir həyata keçirilmiş, Prezident İlham Əliyevin yürütdüyü siyasətin təbliği, ümummilli lider Heydər Əliyevin irsinin öyrədilməsi ilə bağlı açıq dərslərin keçirilməsi, Ulu Öndərin azərbaycançılıq məfkurəsinin təşviqi, böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsi, tarixi və əlamətdar günlərin qeyd olunması məsələləri gündəlik fəaliyyətin əsas istiqamətlərini təşkil etmişdir.
Sonra V.İmanov vurğulamışdır ki, planlaşdırılan işlər sırasında Gənclər evinin tikintisi, gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə “Gənclər Mərkəzi”nin yaradılması və həmin mərkəzdə istirahət obyektlərinin inşası, RİH-nin hazırda inşa edilən inzibati binasının qarşısındakı parkın abadlaşdırılması, dənizkənarı parkın salınması, 235 №-li tam orta məktəbin cari təmiri, 6 əlavə sinif otağının tikintisi, 14 saylı Uşaq Musiqi Məktəbi üçün yeni binanın tikintisi, Pirallahıda idmanın daha da inkişafı məqsədilə mövcud stadionun əsaslı təmir olunaraq genişləndirilməsi və idman meydançalarının yaradılması, alternativ enerji mənbələrindən olan külək və günəş enerjisi avadanlıqlarının qurulmasının davam etdirilməsi, Pirallahı və Çilov adaları arasında inşa ediləcək estakadalar boyunca salınacaq platformaların üzərində külək elektrik stansiyalarının quraşdırılması, əhalinin 24 saat fasiləsiz su ilə tam təmin olunması, eyni zamanda Pirallahı qəsəbəsində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisi, kiçik sahibkarlığın inkişafının dəstəklənməsi layihələri prioritet məsələlər olaraq qalır.
Millət vəkili Rauf Əliyev sosial iqtisadi inkişafın yekunlarına dair cənab Prezidentin Nazirlər Kabinetinin 12 iyul 2017-ci il tarixli iclasındakı proqram xarakterli çıxışını şərh edərək son illərdə əldə olunan nailiyyətlər haqda geniş məruzə etdi, rayonda görüləcək işlər haqqında məlumat verdi. Qeyd edildi ki, beynəlxalq arenada mövqelərimiz möhkəmləndi, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını vurğulandı. Diqqətə çatdırıldı ki, bütün bu nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin uzaq görən, hərtərəfli düşünülmüş, hər zaman Azərbaycanın milli maraqlarına cavab verən siyasətinin nəticəsində əldə olunub. "Artıq dünyada inkişafın “Azərbaycan modeli” öz yerini tutmaqdadır. Azərbaycan öz seçdiyi müstəqillik yolunu uğurla davam etdirərək yeni-yeni zəfərlərə nail olacaq. Məqsəd Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmasıdır. Yaxın zamanlarda Azərbaycan buna da nail olacaq".

Dövlət Təhlükəsizliyi Xidmətinin Xəzər rayon İdarəsinin Pirallahı ərazi bölməsinin rəisi Ruslan Rəhimov çıxış edərək bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, inamlı və son dərəcə cəsarətli daxili və xarici siyasəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik dönməz xarakter alıb. Azərbaycan bütün sahələrdə dinamik inkişaf edir, Vətənimizin siyasi-iqtisadi nüfuzu və mövqeyi dünyada ildən-ilə möhkəmlənir. Natiq qeyd etdi ki, ölkəmizdə dini sahədə sabitlik hökm sürür və cəmiyyətimizin, xüsusilə gənclərin radikal dini təsirlərdən qorunmasında hər birimizin üzərinə böyük məsuliyyət düşür. Təkcə onu demək kifayətdir ki, sivilizasiyalararası qarşıdurmanın gücləndiyi hazırkı dünyada Azərbaycan sülh, əməkdaşlıq və mədəniyyətlərarası dialoq məkanına, multikultural dəyərlərin yorulmaz carçısına çevrilmişdir. Bu gün dövlət başçısının yürütdüyü düşünülmüş, məqsədyönlü və praqmatik siyasi kurs nəticəsində ölkəmizin gündən-günə genişlənən mənafe miqyasına və inkişaf tempinə uyğun olaraq təhlükəsizlik orqanlarının da maddi texniki bazası, kadr potensialı, təşkilati imkanları möhkəmlənir. Kəşfiyyat-pozuculuq, beynəlxalq terrorizm, ekstremizm, dini radikalizm və transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürləri ilə mübarizədə Dövlət Təhlükəsizliyi Xidmətinin ölkəmizin hüquq-mühafizə və digər aidiyyəti dövlət orqanları ilə çiyin-çiyinə, birgə əldə etdiyi nailiyyətlər Azərbaycanın mənafelərinin keşiyində ayıq-sayıqlığın və mübarizliyin əyani sübutudur.
Hesabat ətrafında çıxış edən “Abşeronneft NQÇİ”nin rəisi Şahmar Hüseynov, RİH başçısı Aparatının şöbə müdiri Azad Namazov, 186 nömrəli tam orta məktəbin direktoru Şakir Mikayılov və başqaları əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışmış, 2017-ci ilin ötən dövrü ərzində Pirallahı rayonunda görülən işləri qənaətbəxş hesab etmişlər. 9 ay ərzində rayonda həyata keçirilən işlər, icra edilən dövlət proqramları onu deməyə əsas verir ki, etnik tərkibin zənginliyi ilə fərqlənən Pirallahı rayonunun sakinləri Prezident İlham Əliyevin Sərəncamı ilə “İslam Həmrəyliyi ili” elan olunmuş 2017-ci ili də uğurla başa vuracaqlar.
Tədbirin sonunda RİH başçısı Aparatının şöbə müdiri Nizami Nasırova Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin dövlət qulluğunda səmərəli fəaliyyətinə görə verdiyi “Tərəqqi” medalı təqdim olundu. O cümlədən, yığıncaqda neft sənayesinin inkişafında xidmətlərinə görə Yusup Salavatov və Zaur Bağırov “Tərəqqi” medalı, Şahmar Hüseynov isə “Əməkdar mühəndis” fəxri adı almaları münasibətilə təbrik edildilər.