Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun ərazi Mülki müdafiə dəstələri ilə xəbərdarlıq toplanış məşqi keçirildi

20 oktyabr 2017 | 11:00
    Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun 2017-ci il 09 yanvar tarixli 03 nömrəli sərəncamına əsasən 20 oktyabr 2017-ci il tarixdə Pirallahı rayonunun ərazi Mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqləri keçirildi. Əhalinin yarana biləcək fövqəladə hallara hazır olması məqsədi daşıyan tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyanın sədri Vəzir Səfixanov, FHN-nin Xəzər rayon Fövqəladə Hallar və Mülkü müdafiə şöbəsinin rəisi Vüsal Fətullayev, RİH Aparatının məsul əməkdaşları, Xəzər rayon Fövqəladə Hallar və Mülki müdafiə şöbəsinin nümayəndələri, Pirallahı rayon Fövqəladə Hallar Komissiyanın üzvləri, Mülki müdafiə xidmətlərinin və Mülki müdafiə qüvvələrinin şəxsi heyəti iştirak etdilər.
     Tədbirdə çıxış edən Vəzir Səfixanov bildirdi ki, xəbərdarlıq və toplanış üzrə Mülki müdafiə məşqlərinin əsas məqsədi “Mülki müdafiə haqqında” Qanunun tələblərinin yerinə yetirilməsi, rabitə və xəbərdarlıq sisteminin vəziyyətinin, fövqəladə hadisələrdə qarşıda duran vəzifələrin yerinə yetirilməsi zamanı mülki müdafiə qüvvələrinin hazırlığının, xəbərdarlıq sxemi üzrə hərəkətin, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin operativ təşkilinin yoxlanılmasıdır. Qeyd edildi ki, rayon ərazisində baş verə biləcək təbii fəlakətlərin (zəlzələ, yanğın, daşqın, infeksion xəstəliklər və s.) nəticələrinin operativ şəkildə aradan qaldırılması, eyni zamanda rayon ərazisində yerləşən idarə, təşkilat və müəssisələrdə yanğın təhlükəsizliyi və mülki müdafiə işlərinə nəzarətin gücləndirilməsi, əhali və işçilər arasında maarifləndirmə işlərinin təşkili məqsədilə Rayon İcra Hakimiyyəti başçısının 2013-cü il 09 iyul tarixli 16 nömrəli Sərəncamı ilə Pirallahı Rayon  Fövqəladə Hallar Komissiyası yaradılmışdır.
          Tədbir zamanı mülki müdafiə əmlaklarının sərgiləri təşkil olunmuş, yaralanmalar zamanı ilkin tibbi yardımın göstərilməsi və yanğınların qarşısının alınması üsulları, fövqəladə hallar zamanı təxliyənin təşkili qaydaları nümayiş etdirilmişdir.
 
 
 
 
 
 
 
Keçidlər