Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
26 oktyabr 2017 | 11:00
25 oktyabr 2017-ci il tarixdə Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin 80 illiyi münasibətilə tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Nazim Əliyev, RİH əməkdaşları, mədəniyyət, təhsil ocaqlarının işçiləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbirdə çıxış edən Pirallahı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov yubiley münasibətilə mərkəzin kollektivini RİH başçısı Vasif İmanov adından təbrik etdi. Natiq qeyd etdi ki, tarixən zəngin olan Azərbaycan mədəniyyətinin və incəsənətinin bugünkü səviyyəyə yüksəlməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Ulu öndərimizin müstəqillik illərində həyata keçirdiyi tədbirlər Azərbaycan mədəniyyətinin dünya arenasına çıxmasında mühüm rol oynamışdır. Müstəqillik illərində ulu öndərin imzaladığı Sərəncamlara əsasən Milli Kino, Milli Musiqi, Azərbaycan Əlifbası və Ana dili Günlərinin təsis edilməsi xalqımızın çoxəsrlik mədəniyyətinə məhəbbətinin ifadəsi idi. Mədəniyyət sahəsində bir sıra qanunların qəbul edilməsi də bu sahədə hüquqi bazanın yaradılmasının əsas göstəricilərindən biridir. Bildirildi ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ümummilli liderimizin mədəniyyət siyasəti uğurla davam etdirilir. Yeni mədəniyyət müəssisələri, konsert salonları inşa olunur, mədəniyyət ocaqları təmir olunur, sənət adamlarına qayğı göstərilir.
H.Şikarov diqqətə çatdırdı ki, bu il Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzi 80 illik yubileyini qeyd edir. Əvvəlki illərdə olduğu kimi, bu il də mərkəzin yaradıcı kollektivi qarşıya böyük və məsuliyyətli məqsəd qoyaraq bir sıra mədəni-kütləvi, ədəbi-bədii tədbirlər həyata keçirmiş və bu missiyanı bu gün də davam etdirirlər. Bu tədbirlər sırasına Əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə görüş, Ahıllar gününə həsr olunmuş mərasim və digər vətənpərvərlik ruhlu tədbirləri daxil etmək olar. H.Şikarov çıxışının sonunda bir daha mərkəzin kollektivini təbrik etdi, yeni uğurlar arzuladı.
Tədbirin bədii hissəsində Samirə Allahverdiyeva, Tacir Şahmalıoğlu, Yusif Mustafayev, Rüfət Axundov, Cəmalə Qambayeva milli musiqimizdən ibarət repertuarları ilə çıxış etdilər. Bakı Mühəndislik Universitetinin və Mərdəkan Mədəniyyət Sarayının rəqslərini, Şuşa Dram və Musiqili Komediya Teatrının ifasında “Koroğlu” səhnəciyini tamaşaçılar maraqla izlədilər.