Rayonumuzda Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilir
30 oktyabr 2017 | 11:00
2017-ci il 27 oktyabr tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyi və Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin birgə təşəbbüsü ilə aztəminatlı, şəhid, sağlamlıq imkanları məhdud və sosial müdafiəyə ehtiyacı olan rayon sakinlərinə humanitar yardım göstərildi. Aksiya zamanı qeyd edildi ki, rayonda aztəminatlı ailələrin sosial problemlərinin həll olunması, o cümlədən insanların rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Yardım alan ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına İlham Əliyevə və birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.
Bundan əlavə, ölkə prezidenti cənab İlham Əliyevin respublikada ekoloji tarazlığın qorunması ilə bağlı verdiyi müvafiq tapşırıqlara uyğun olaraq, həmçinin, Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının təşəbbüsü ilə hər həftənin şənbə günləri iməciliklər keçirilir. Belə ki, rayonun idarə, müəssisə və təşkilatlarının, ictimaiyyətin nümayəndələrinin, könüllü sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu genişmiqyaslı iməciliklərdə ətraf ərazi tullantılardan təmizlənir, mövcud olan yaşıllığa aqrotexniki qulluq edilir və ərazidə müxtəlif növ ağac və kollar əkilir.
Aksiyaların məqsədi ərazidəki yaşıllıq zolağını genişləndirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək və ümumilikdə dövlət başçısının rəhbərliyi ilə aparılan ardıcıl islahatlar nəticəsində gündən-günə gözəlləşən paytaxtımızın istər Avropa, istərsə də dünyanın ekoloji cəhətdən təmiz olan ən gözəl şəhərləri sırasında qoşulması istiqamətində görülən işlərə dəstək verməkdir.