"Uşaq əyləncə parkı"nda işlər davam edir
19 iyul 2013 | 10:00
Pirallahı rayonunda davam edən tikinti-quruculuq işlərinin bu günlərdə əsas mərkəzi Süleyman Bağırov küçəsidir. Artıq “Abad məhəllə-1”in birinci binasının bünövrəsinin qoyulmasına başlanıb. Beton tökülməsi üçün taxta qəliblərin hazırlanmasından sonra dəmir armaturların hörülməsi prosesi də başa çatıb. Ümumi yaşayış sahəsi 600 kvadratmetrdən çox olacaq 3 mərtəbəli binanın birinci mərtəbəsi qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulub. Mənzillər 1 və 2 otaqlı olacaqdır. “Abad məhəllə-1”dəki ikinci bir bloklu 10 mənzilli binanın bünövrə çalasının qazılması da başa çatmaqdadır. Eni 18 metr və uzunluğu 18,4 metr olan bünövrə çalası ilk gündən sürətlə qazılır. Pirallahının Süleyman Bağırov küçəsindəki çirkab mənbəyi olan gölün qurudulması işləri də davam edir. İş prosesinə cəlb edilmiş ağır tonnajlı avtomaşınlar indiyədək artıq 2500-dən çox reys edərək 15 km məsafədən torpaq daşıyıb gölə tökürlər.
Kamil Rzayev küçəsinin ardınca 28-ci məhəllədə də xaotik şəkildə, qanunsuz, uşaq meydançaları və digər sosial obyektlərin yerində inşa edilmiş qarajların və digər tikililərin söküntüsü, antisanitariyanın aradan qaldırılması davam edir. Pirallahı qəsəbəsinin məhəllələrində daxili su xətlərinin yenidən çəkilməsi prosesi gedir. Bu günlərdə iş Əzizbəyov küçəsində davam edir. Kanalizasiya sisteminin yenidən qurulmasına başlanıb. Baş kollektor üzərində iş gedir, məhəllədaxili xətlər layihələndirilmə mərhələsindədir. “Azəristilik” birliyi bütövlükdə rayon üzrə daxili şəbəkənin çəkilişi işlərinə start verərək qazanxanada və xətlərdə xeyli iş yerinə yetirib. 40-cı məhəllədəki qazanxananın əsaslı təmiri sürətlə davam edir.
Pirallahı qəsəbəsində “Xeyir-şər” evlərinin abadlaşdırılması başa çatmaq üzrədir. Kamil Rzayev küçəsindəki “Xeyir-şər” evinin dam örtüyü vurulur, təzə qapılar qoyulur. Yaxınlıqdakı səkkiz güşəli kölgəliyin qurulması başa çatmaqdadır. 40-cı məhəllədəki “Xeyir-şər” evində divarlara üzlük vurulur.
Beton zavodun tikintisi üçün sahənin ayrılması, ərazinin təmizlənməsinin ardınca elektrik güc və su xətləri çəkilib, bünövrənin tikintisinə başlanıb. “Uşaq əyləncə parkı”nda mini-futbol meydançasının asfalt örtüyü vurulub, yaşıl qazonun döşənməsinə hazırlıq gedir. Parkda plitələr döşənir, yelləncəklərin, müxtəlif attraksionların yerləşdirilməsi, müasir kölgəliklərin qurulmasına başlanıb.
“Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisində 800 metr uzunluğu, 10 metr eni olan avtomobil yolunun torpaq işləri yekunlaşaraq çınqıl döşənməsi, inzibati binanın bünövrə çalasının qazılması və limanın dənizdəki bənd hissəsinin doldurulması işləri davam edir.
Qəsəbənin magistral küçəsində artıq 7-ci müasir tipli dayanacaq ATS-lə üzbəüz qurulmuşdur. Yeni alınmış 23 ədəd müasir zibilxananın da quraşdırılması yekunlaşıb.