Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda "Yerli Demokratiya həftəsi" çərçivəsində silsilə tədbirlər həyata keçirilir

01 noyabr 2017 | 11:00
    31 oktyabr 2017-ci il tarixdə “Yerli Demokratiya Həftəsi” çərçivəsində tədbir keçirildi. Tədbirdə Pirallahı RİH başçısı Aparatının ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşları, bələdiyyə işçiləri, gənclər, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
   Toplantıda vətəndaş-bələdiyyə, bələdiyyə-vətəndaş əlaqələrinin möhkəmləndirilməsi, vətəndaşların bələdiyyənin fəaliyyətində iştirakının təmin edilməsi, onların müraciətlərinə baxılması, cari ildə görülmüş işlər, o cümlədən "Bir bələdiyyə - azı bir layihə" təşəbbüsü çərçivəsində həyata keçirilmiş layihələr barədə hesabatların verilməsi, 2017-ci ilin bələdiyyə büdcəsinin və həyata keçirilməsi nəzərdə tutulmuş layihələrin müzakirəsi üçün vətəndaşlarla açıq və qapalı yerlərdə görüşlərin keçirilməsi, vergi ödəyicisi olan sakinlərin vaxtında vergi uçotuna  düşməsi, vergitutma  obyektləri barədə məlumatların Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminin bazasına daxil edilməsi, vergi ödəyiciləri üçün vergilərin ödənilməsi prosedurunun asanlaşdırılması, bank və poçtlarla yanaşı onlayn və elektron  ödəmə terminalları vasitəsi ilə vergi ödəmələrinin təmin edilməsi məsələlərinin müzakirəsi aparıldı. Diqqətə çatdırıldı ki, bələdiyyədə vətəndaşların qəbulu məqsədilə "açıq qapı" günləri elan edilmiş, vətəndaşlarla operativ əlaqənin təmin edilməsi üçün "qaynar xətt" yaradılmışdır.
   Qeyd edək ki, “Yerli Demokratiya Həftəsi”nin əsas məqsədi yerli özünüidarəetmə proseslərində əhalinin rolunun, iştirakının və həmrəyliyin artırılması, fikir mübadilələrinin aparılması və qarşılıqlı öhdəliklərin müəyyən olunması yolu ilə fəaliyyətin daha da genişləndirilməsidir.
 
Keçidlər