Şəhriyar Məmmədyarov: Sübut etdik ki, Avropanın ən ağıllı xalqıyıq
06 noyabr 2017 | 11:00
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti bu gün onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmana və idmançılara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Bu diqqət və qayğının nəticəsidir ki, idmançılarımız beynəlxalq arenada böyük uğurlar qazanır, Azərbaycanı layiqincə təmsil edirlər. Ölkəmiz dünyanın ən mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Azərbaycan artıq dünyanın idman mərkəzlərindən birinə çevrilib.
2017-ci il 6 noyabr tarixində Azərbaycan idmançıları növbəti uğura imza atdılar. Şahmat üzrə Azərbaycan yığması Avropa çempionatının qalibi oldu. Qeyd edək ki, Krit adasında (Yunanıstan) keçirilən sonuncu - doqquzuncu turda komandamızın Ukrayna yığması ilə oyunu 2:2 hesabı ilə yekunlaşdı. Azərbaycan-Ukrayna matçında Şəhriyar Məmmədyarov-Pavel Elyanov, Teymur Rəcəbov-Yuri Krivoruçko, Arkadi Naydiç-Ruslan Panomaryov və Rauf Məmmədov-Yuri Kuzubov görüşləri heç-heçə yekunlaşdı. Ukrayna komandası ilə heç-heçə oynayan şahmatçılarımız turniri 14 xalla başa vurdular. Sonuncu turda Almaniya yığmasını 3:1 hesabı ilə məğlub edən Rusiya komandası da xallarını 14-ə çatdırdı. Beləliklə, əlavə əmsallara görə yekunda Azərbaycan yığması turnir cədvəlində ilk yeri tutaraq Avropa çempionu adını qazandı. Rusiya ikinci, Ukrayna komandası üçüncü yeri tutdu.
“Biz bu qələbə ilə sübut etdik ki, Avropanın ən ağıllı xalqıyıq”. Bunu Yunanıstanda üçüncü dəfə Avropa Çempionu olan Azərbaycanın kişilərdən ibarət şahmat millisinin üzvü Şəhriyar Məmmədyarov videomüsahibəsində deyib. Avropa çempionu vurğulayıb ki, bütün iddialı rəqiblərlə qarşılaşmalarda əzmkarlıq nümayiş etdirərək qalib gəldik. Qısa zaman ərzində üçüncü dəfə baş mükafata yiyələndik. Bu, inanılmaz nəticədir. Heç bir ölkə bu nəticəni göstərə bilməyib. Çox sevinirəm ki, bizdə alındı.