“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində rayon məktəbliləri ilə görüş keçirildi
10 noyabr 2017 | 11:00
10 noyabr 2017-ci il tarixdə Pirallahı qəsəbəsində “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində rayon məktəbliləri ilə görüş keçirildi. Keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, RİH əməkdaşları, Şura üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ümumtəhsil müəssisələrin direktorları, “Ölkəmizi tanıyaq” tur-aksiyasını iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak etdilər.
“Ölkəmizi tanıyaq” layihəsi ilə bağlı videoçarx tədbir iştirakçılarına nümayiş olundu. Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov məktəblilər ölkəmizin iqtisadi və siyasi qüdrətindən söz açan V.İmanov bildirildi ki, ümummilli liderimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmiz sabitlik və davamlı inkişaf diyarına çevrilmişdir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Regionda heç bir iri layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. 2013-cü ilin fevral ayında ilk telekommunikasiya peyki olan “Azerspace-1”in kosmik fəzaya buraxılması, eyni zamanda 2012-ci ildə Azərbaycan “Eurovision-2012” möhtəşəm musiqi yarışmasının, “Bakı 2015” I Avropa Oyunlarının, 2016-cı ildə 500 milyon auditoriyası olan “Formula-1” Avropa Qran-prisinin, Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı şəhər halqasında Formula-2 yarışının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin nə qədər nüfuz sahibi olduğunun göstəricisidir. “Əsrin müqaviləsi” adını almış neft kontraktının vaxtının uzadılması, TAP və TANAP layihələrinin uğurla icra olunması, bu günlərdə istifadəyə verilmiş Bakı-Tibilisi-Qars dəmir yolunun əhəmiyyəti və sair bu kimi beynəlxalq əhəmiyyətli layihələr bunun bariz nümunəsidir.
V.İmanov Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təhsilə, səhiyyəyə, mədəniyyətə, idmanın inkişafına qayğısından danışdı. Qeyd edildi ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu ölkə təhsilinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, gənc nəslin hərtərəfli tərbiyəsi, gənclərin sağlam həyat tərzinin formalaşdırılması istiqamətində yorulmadan fəaliyyət göstərir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” və “Təhsilə dəstək” layihələri çərçivəsində ölkə üzrə yüzlərlə orta məktəb binası tikilib və bu proses davam etdirilir. “Təhsilə dəstək” layihəsi çərçivəsində yeni dərs ili ərəfəsində məktəblilərə çanta və dərs ləvazimatının paylanması isə artıq ənənəyə çevrilib. Fond 2004-cü ildən başlayaraq hər il qaçqın və məcburi köçkün ailələrindən olan uşaqları, eləcə də xarici ölkələrdə yaşayan məktəbli soydaşlarımızı yeni dərs ilində yeni dərs vəsaitləri ilə sevindirir. Hazırda respublika üzrə cəmi 4500 məktəb var, onların çox hissəsi yenidən tikilib. Natiq gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsindən danışaraq 2016-cı ilin aprel döyüşlərində əldə olunmuş uğurlardan, “Böyük Qayıdışın” ilk müjdəsi olan Cocuq Mərcanlı kəndinin yenidən qurulması barədə tədbir iştirakçılara məlumat verdi. Bildirildi ki, doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur aksiyaların əhəmiyyəti çox böyükdür. Diqqətə çatdırıldı ki, 4 il ərzində 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 7 tur-aksiyanın təşkil edilmiş, ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda ümumilikdə 13 min 648 məktəblinin iştirak etmiş, cari ilin noyabr ayının 11-14 və 16-19 tarixlərini əhatə edəcək növbəti 8-ci tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan 3213 nəfərin iştirakı, bununla da, iştirakçıların sayının 17 minə çatmışdır.
Qeyd edildi ki, “Ölkəmizi tanıyaq” layihəsində fəal iştirak edən Pirallahı rayon məktəbliləri bu dəfə Qədim Nizami yurduna səfər edəcəklər. Onlar Gəncənin yeni xəritəsində öz əksini tapan müasir sənaye müəssisələri, turizm və sosial obyektləri, yaraşıqlı prospektləri, park və xiyabanları, sosial-iqtisadi və mədəni həyatı ilə ətraflı tanış olacaqlar. Tur-aksiyanın iştirakçıları şəhərin tarixi məkanlarına – Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi, Nizami Gəncəvi məqbərəsi görəcəklər.
Tədbirdə çıxış edən ziyalılar, tur-aksiya iştirakçıları və onların valideynləri bu önəmli layihəyə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.