Rayonumuzda ətraf mühitin qorunması və ekoloji vəziyyətin yaxşılaşdırılması prioritet istiqamətdir
14 noyabr 2017 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iqtisadi, sosial, mədəni və digər sahələrin inkişafı ilə yanaşı, ətraf mühitin sağlamlaşdırılması məsələlərinə də göstərdiyi gündəlik diqqət və qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində ekoloji durum əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Bununla əlaqədar olaraq son illər ekologiyaya, təbiəti mühafizəyə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra normativ hüquqi aktlar qəbul edilmiş, təbiətin qorunması və sağlamlaşdırılması sahəsində mühüm praktiki addımlar atılmışdır. Təsdiq edilən Dövlət Proqramlarında ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönələn layihələr, o cümlədən paytaxt ətrafındakı neft və çirkab suları ilə çirklənmiş göllərin təmizlənməsi, qurudulması məsələləri əksini tapır.
Ölkə başçısı Pirallahı rayonunun yaradılmasına dair qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan sonra rayonda ekoloji durumun yaxşılaşdırılmasına dair tədbirlər həyata keçirilməsinə start verildi. Qısa müddət ərzində uzun illər baxımsızlıqdan, antisanitar vəziyyətdən əziyyət çəkən Pirallahı qəsəbəsinin bütün yaşayış məhəllələrində abadlıq işləri geniş vüsət aldı. Rayonumuzda neft və neft məhsulları ilə çirklənmiş ərazilərində kompleks addımlar atılmaqdadır. Belə ki, rayonda neft-qaz əməliyyatları aparılmış bütün yataqların ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsi məqsədilə lay sularının axıdılması nəticəsində tarixən yaranmış çirkli göllər və gölməçələr təmizlənərək qurudulur, lay sularının bu ərazilərə axıdılmasının qarşısı tamamilə alınır. Bundan əlavə neft mədənləri ərazisində geniş yayılmış sənaye-məişət tullantıları ləğv edilir, Xəzər dənizi batmış və yarımbatmış gəmilərdən, sıradan çıxmış estakadalardan və digər iri qabaritli metal tullantılardan təmizlənir, Xəzər dənizində və sahil zolağında yerləşən neft mədənlərində quyulardan, borulardan axıntıların, sızmaların qarşısı alınır, istismarı qeyri-məqbul qiymətləndirilən neft quyuları ləğv edilir. Azərbaycan paytaxtı üçün ekoloji balansın təmin edilməsində Xəzər dənizinin ayrıca rolu var. Azərbaycan Xəzər dənizinin çirklənmədən qorunması, orada yaşayan canlıların, xüsusən nərə balığı kimi dünyanın ən nadir balıq növlərindən birinin məhv olmaqdan xilas edilməsi istiqamətində birtərəfli qaydada irihəcmli investisiyalar sərf edən, zəruri infrastruktur yaradan ölkədir. Bu fəaliyyət son bir neçə il ərzində geniş miqyas alıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində konkret tədbirlər həyata keçirilir. Müvafiq tədbirlərin həyata keçirilməsi Xəzər ekosisteminə antropogen təsirləri azaltmaqla dənizin biomüxtəlifliyinin və istirahət-rekreasiya zolağının bərpasına xidmət etməkdədir və bu artıq öz müsbət nəticələrini verir. Pirallahı rayonunda da dəniz akvatoriyasının müayinəsi üçün “CSD-500” torpaqsoran qurğu ayrılmışdır və bu istiqamətdə işlər davam etdirilir. Qeyd edək ki, Niderland Krallığının “Damen” şirkətinin istehsal etdiyi “CSD-500” torpaqsoran qurğular su səthindən 14 metr dərinliyə qədər məsafədə dibdərinləşdirmə işlərini yerinə yetirir. Bu qurğular əsasən lil, qum və bərk süxurları soraraq boru kəməri ilə uzaq məsafələrə vurulmasını təmin edir.
Pirallahı rayonunda ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması prioritet məsələlərdən biridir. Bu istiqamətlərdə Pirallahı, Çilov, Neft Daşları və Gürgən qəsəbələrində rayon yarandığı gündən indiyədək 300000-dən çox müxtəlif ağac tingləri əkilib və belə yaşıllaşdırma işləri davam etdirilməkdədir.