Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda uşaq hüquqları ilə bağlı maarifləndirici tədbir keçirildi

27 noyabr 2017 | 11:00
    Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin təşkilatçılığı ilə 10 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında uşaq hüquqları ilə bağlı maarifləndirici tədbir keçirildi.
    Tədbirdə çıxış edən AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramın koordinatoru Mətanət Qaraxanova, QAC-nin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova və 10 nömrəli BŞH-nın baş həkiminin müavini, YAP Pirallahı rayon təşkilatının Qadınlar Şurasının sədri  Kəmalə Mustafayeva bütün demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasının qanunvericiliklə tənzimləndiyini, uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təhsil, səhiyyə hüquqlarının daha da təkmilləşdirilməsi ilə konkret tədbirlərin və dövlət proqramlarının gerçəkləşdirildiyini qeyd etdilər. Bildirildi ki, artıq ölkəmizdə uşaqların sağlamlığının yaxşılaşdırılması, təlim-tərbiyəsinin düzgün təşkili, fiziki, əqli və intellektual-mənəvi inkişafı, eləcə də onların öz istedadlarını nümayiş etdirmələri üçün lazımi şərait mövcuddur. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasətinin başlıca məqsədi uşaqların tariximizə, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşan vətənpərvər layiqli vətəndaş kimi yetişdirilməsidir. Məlumat verildi ki, bu sahədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğı Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Bildirildi ki,  Mehriban xanım  Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu nəcib missiyası ilə Azərbaycan uşaqlarının ən böyük dostuna, ən böyük himayədarına çevrilib.
     Tədbir uşaqları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşdı.
 
Keçidlər