Rayonumuzda "Şəhadət" sənədli filminin təqdimatı keçirildi
28 noyabr 2017 | 11:00
Bu gün Pirallahı qəsəbəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filminin təqdimatı keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarının üzvləri, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbir sənədli filmin nümayişi ilə başladı. Film elə ilk dəqiqədən tamaşaçıları burada cərəyan edən iki fərqli həyat həqiqətinin dəyərini verməyə çağırırdı. İki müxtəlif amal, iki fərqli yol – biri böyük Vətən sevgisindən, suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq kimi müqəddəs borcdan irəli gələn döyüş yolu, digəri isə xurafat və fanatizmə yuvarlanıb radikal təmayüllü cərəyanların liderlərinin cəfəng İslam xilafəti xülyaları naminə günahsız insanları amansızcasına qətlə yetirmək yolu. Hər ikisi ölüm və itki gətirir. Bu iki müxtəlif amal uğrunda mübarizə aparmış Azərbaycan gənclərinə cəmiyyət, onların ailələri, yaxınları və dostları tərəfindən göstərilən fərqli münasibət diqqətə çatdırılır. Azərbaycan gənci üçün filmdə çox aydın, anlaşılan seçim imkanı var. Bu seçim, heç şübhəsiz, Vətən sevgisindən, yurda xidmət kimi müqəddəs borcundan keçən yoldur.
Filmə baxışdan sonra keçirilən müzakirələrdə bu fikirlər daha dolğun ifadə edildi. Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev din pərdəsi altında gizlənən, əslində isə ekstremizm və radikalizm fəaliyyəti ilə məşğul olan qüvvələri pisləyərək, ölkəmizdə olan ictimai-siyasi sabitliyin ən mühüm nailiyyətimiz olduğunu iştirakçıların diqqətinə çatdırdı. Natiq qeyd etdi ki, Azərbaycan Respublikasında vətəndaşlar arasında ekstremizm və radikalizm hallarının qarşısını almaq, vahimə yaradan terrorçuluq əməllərini öncədən zərərsizləşdirmək və ölkə daxilində sabitliyin pozulmasına yönələn təhlükəli əməlləri əngəlləmək üçün kifayət qədər hüquqi baza və onu nəzarət altına alan dövlət orqanları vardır. Diqqətə çatdırıldı ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə sanballı töhfə olan, dini fanatizm, radikalizm və ekstremizm meyllərinə qarşı preventiv xarakter daşıyan filmin məhz indiki vaxtda meydana çıxması alqışa layiqdir.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Soltanov “Şəhadət” filminin əhəmiyyətindən danışaraq bildirdi ki, filmin hazırlanmasında əsas məqsəd gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək, dini fanatizm, radikalizm və ekstremizmə yuvarlanmamaları üçün onları məlumatlandırmaqdır. A.Soltanov milli-mənəvi dəyərlərimizin – ənənəvi İslam dəyərlərinin təbliğinin dini radikalizmə və xurafata qarşı mübarizədə önəmli vasitə olduğu vurğuladı.
Tədbirdə rayonda yaşayan şəhid ailələrinin üzvləri, ağsaqqallar və din xadimləri də film haqqında təəssüratlarını bölüşdü, gənclərə məsləhət və tövsiyələrini bildirdilər.