Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda Beynəlxalq Əlillər Günü qeyd olundu

02 dekabr 2017 | 11:00
    Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən  3 Dekabr – Beynəlxalq Əlillər günü Ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlanmışdır. Dövlət səviyyəsində əlil vətəndaşlara olan qayğı ölkəmizin bütün guşələrində də öz əksini tapmaqdadır.
   2 dekabr 2017-ci il tarixdə Beynəlxalq Əlillər günü ilə əlaqədar Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirildi. Toplantıda RİH əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş rayon sakinləri iştirak edirdilər.
   Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov vurğuladı ki, Azərbaycan hökuməti tərəfindən ayrı-ayrı vaxtlarda əlillərin sosial müdafiəsi ilə bağlı müxtəlif tədbirlərin və layihələrin maliyyələşdirilməsi barədə qərarlar qəbul edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və 1-ci Vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın daim nəzarətdə saxladığı bu layihələrdə başlıca məqsəd ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə olunmuş dinamik inkişafa, davamlı tərəqqiyə əsaslanaraq əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqəsinin - əlillərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyasını kompleks şəkildə həll etməklə, onların sosial müdafiəsinin və son nəticədə cəmiyyətə fəal inteqrasiyasının təmin olunmasından ibarətdir.
   Tədbirdə çıxış edən əlillər onlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə  və Azərbaycanın 1-ci Vitse-prezidenti Mehriban xanım Əliyevaya  öz minnətdarlıqlarını bildirdilər. Vurğulandı ki, əlillər cəmiyyətin bərabərhüquqlu üzvüdürlər və onların ölkədə gedən bütün proseslərdə fəal iştirakı təmin olunmalıdır.
    Tədbir  konsert proqramı ilə davam etdirildi. Sonda Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan bütün əlillərə ərzaq bağlamaları verildi.
   Qeyd edək ki, hər il keçirilən Beynəlxalq Əlillər Günü, əlillərin ehtiyaclarını başa düşməyə və məhdud imkanlara malik olan insanların ləyaqət, hüquq və rifahına dəstəyi irəli çəkmək və həmçinin məhdud imkanlı insanların siyasi, sosial və mədəni həyatın bütün aspektlərinə cəlb edilməsindən əldə olunan xeyir haqda məlumatlandırmanın yaxşılaşdırılması məqsədilə elan edilib.
 
 
 
 
 
 
Keçidlər