Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Sənaye Parkında işlər sürətlə davam etdirilir

07 dekabr 2017 | 11:00
   Millətin sağlamlığını daima uca tutan ümummilli liderimiz Heydər Əliyev onu dövlət siyasətinin prioriteti kimi qiymətləndirmiş, sağlamlığın qorunması sahəsində Dövlət Proqramlarının hazırlanıb həyata keçirilməsini dövlətin mühüm vəzifəsi olduğunu göstərmişdir. Onun həm daxili, həm də xarici siyasətini uğurla davam etdirən Respublika Prezidenti cənab İlham Əliyevin ölkənin əldə etdiyi böyük iqtisadi və sosial inkişafın davamlı tempi və onun nəticəsi olaraq, bütün sahələri, o cümlədən səhiyyənin müasir tələblərə cavab verən yenidənqurma işlərinə verdiyi tövhə respublika ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
   Ölkə başçısının 14 sentyabr 2016-cı il tarixli sərəncamına əsasən yerli əczaçılıq sənayesinin təşkili məqsədilə yaradılmış Pirallahı Sənaye Parkında “Hayat Pharm” və “Caspian Pharmed” dərman preparatları, eləcə də şpris istehsalı zavodlarının yaradılması istiqamətində işlər davam etdirilir. Qeyd edək ki, Sənaye Parkına Rusiyanın “R-Farm” şirkəti ilə birgə təsis edilmiş “Həyat Farm” MMC tərəfindən ümumilikdə 74 milyon ABŞ dolları, İran İslam Respublikasının “TPICO” şirkəti ilə birgə təsis ediləcək müəssisə tərəfindən isə ilkin mərhələdə 20,6 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu nəzərdə tutulur. “Həyat Farm” MMC tərəfindən 300 adda, digər birgə müəssisə tərəfindən isə birinci mərhələdə 85 adda əczaçılıq məhsulu istehsal ediləcək. Pirallahı Sənaye Parkının rezidenti - “Diamed Co” MMC tərəfindən Sənaye Parkında qabaqcıl Avropa ölkələri, eləcə də Yaponiya və Koreya texnologiyaları əsasında ildə 100 milyon ədəd müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı nəzərdə tutulur. Bu müəssisələrdə 350-ə yaxın yeni iş yerlərinin açılması nəzərdə tutulur. Azərbaycanda istehsal ediləcək əczaçılıq məhsullarının yerli bazarla yanaşı, bir sıra xarici ölkələrə satışının təşkili də planlaşdırılır. Bundan əlavə, “Azərbaycan İnvestisiya Şirkəti” və Ukraynanın “İndar” şirkəti arasında Azərbaycanda insulin zavodunun tikilməsi barədə memorandum imzalanmışdır. Zavodun tikintisi Pirallahı Sənaye parkında iki il ərzində yerinə yetiriləcəkdir. Müqaviləyə əsasən burada 3 hektar ərazidə, infuziya və inyeksiya məhlullarının beynəlxalq standartlara (GMP) uyğun istehsalı üzrə müəssisənin yaradılacaq.
   Hazırda Sənaye Parkın ərazisində şaquli planlaşdırma işləri davam etdirilmiş və istinad divarının inşası işləri aparılır, kommunikasiya xətlərinin köçürülməsi işləri yerinə yetirilir. Tezliklə Parkın tikinti işlərinə start veriləcək.
 
 
Keçidlər