Rayonumuzda idmanın inkişafı daim diqqət mərkəzindədir
11 dekabr 2017 | 11:00
Ulu öndər Heydər Əliyevin Azərbaycanın sağlam gələcəyi naminə həyata keçirdiyi idmanın inkişafı strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Qeyd edək ki, dövlətin idman siyasətinin səmərəli həyata keçirilməsi üçün 1994-cü ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı və həmin zamandan respublikamızın idman həyatında dönüş yaradıldı. 1995-ci il martın 5-də Heydər Əliyevin imzaladığı fərmana əsasən Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında İdman Fondu yaradıldı. Təbii ki, idman da diqqət və qayğıdan kənarda deyil. Təqdirə layiq haldır ki, ölkəmizdə idmanın inkişafına olan qayğı tək olimpiya idman növlərini deyil, qeyri-olimpiya idman növlərini də əhatə edir. Prezident İlham Əliyev bu barədə deyib: "Azərbaycanda idmanın həm olimpiya, həm də qeyri-olimpiya növləri bərabər hüquqa malikdir. Heç bir ayrı-seçkilik yoxdur və bu siyasət Azərbaycanda uzun illərdir aparılır. İstər olimpiya idman növü ilə, istərsə də qeyri-olimpiya idman növü ilə məşğul olan idmançılara biz həmişə eyni gözlə baxırıq. Bu, belə də olmalıdır. Çünki hər bir idmançı beynəlxalq yarışlarda Azərbaycanın idman şöhrətini ucaldır".
Ölkə başçısının tapşırığına əsasən idmanın təbliği məqsədi ilə Pirallahı rayonunda silsilə tədbirlər həyata keçirilir. Elə bunun nəticəsidir ki, şagirdlər tək təhsildə yox həm də idman sahəsində də bir çox nailiyyətlər əldə edirlər. Qazanılmış bu uğurların tərkib hissəsi olaraq 2017-ci il 09-10 dekabr tarixində ölkəmizdə keçirilən Kempo döyüş növü üzrə 3-cü Avrasiya çempionatında Pirallahı rayonunun komandasının üzvləri Hüseyn Şeydayev fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq birinci yerə layiq görülmüş, Dilqəm Qurbanov 2-ci yerə çıxaraq gümüş medal qazanmışdır. Pirallahı Kempo komandasının digər üzvü Hikmət Hüseynzadə isə bürünc medal qazanaraq 3-cü yerə layiq görülmüşdür.
Bundan əlavə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin keçirdiyi kosiki-karate idman növü üzrə Respublika çempionatında 235 nömrəli tam orta məktəbin VII sinif şagirdləri Əjdər Əliyev, Amin Şərifzadə və X sinif şagirdi Kamran Əzizov I yerə çıxaraq birinci dərəcəli diplom və medalla təltif edilmişlər. 235 nömrəli məktəbin 8-ci sinif şagirdi Lalə Əliyeva Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin cüdo üzrə keçirdiyi Respublika çempionatında II yerə layiq görülmüş, nazir Azad Rəhimov tərəfindən diplom və medalla təltif olunmuşdur.
Şagirdlərimizi təbrik edirik və uğurlarının davamlı olmasını arzulayırıq.