Pirallahı rayonunda 2013-cü ilin I yarımilində sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi
26 iyul 2013 | 10:00
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı 21 dekabr 2012-ci il tarixli 519-İVQ №-li Qanunla Pirallahı, Çilov və Neft Daşları qəsəbələri daxil olmaqla Bakı şəhər inzibati ərazi vahidi tərkibində yaradılmış Pirallahı rayonu artıq sürətli inkişaf yoluna qədəm qoymuşdur. Qazanılan uğurlar 25 iyul 2013-cü il tarixində Pirallahı rayonu İcra Hakimiyyətində keçirilmiş 2013-cü ilin I yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağında bir daha səsləndirildi. Yığıncaqda Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı cənab Vasif İmanov, millət vəkili Rauf Əliyev, RİH Aparatının məsul əməkdaşları, Pirallahı rayonunun idarə, müəssisə və təşkilatlarının rəhbər işçiləri, rayon fəalları iştirak etdilər. 2013-cü ilin I yarımilinin yekunlarına həsr olunmuş hesabat yığıncağını giriş sözü ilə Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov açdı. Rayon haqqında qısa məlumat verən V.İmanov yığıncaq iştirakçılarını 2013-cü ilin I yarımilində görülən işlər barədə İcra Hakimiyyəti Başçısının hesabatı əks olunan video-çarxa baxmağa dəvət etdi.
Bildirildi ki, rayon yaradılan ilk gündən uzun illərdir baxımsızlıqdan əziyyət çəkən Pirallahıda geniş abadlıq və quruculuq işlərinə start verilib. İlk növbədə rayonun giriş hissəsində yaşıllaşdırma və abadlıq işləri görülmüş, helikopter meydançasının yanında, yolun hər iki tərəfində tikilmiş qüllələrin ətrafında bardyur dasları qoyularaq qüllələrin ətrafına qazon döşənmiş, bəzək ağacları və gül kolları əkilərək ərazi abadlaşdırılmış, qüllələrnin giriş və arxa hissəsinə Ulu Öndər Heydər Əliyevin və Respublika Prezidenti İlham Əliyevin böyük həcmli portretləri asılmışdır. Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən yeni körpünün, Qala qəsəbəsindən Pirallahıya çəkilən 4 zolaqlı müasir avtomobil yolunun, “Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisi davam edir. Dövlət Proqramına əsasən 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının əsaslı təmiri başa çatmaq üzrədir. Binaların həyətlərindən, yol kənarlarından dəmir köşklər götürülmüş, zəbt olunmuş, çəpərlənmiş ərazilərin boşaldılması və təmizlənməsi, antisanitariyanın aradan qaldırılması işləri davam edir.
V.Mustafazadə adına Mədəniyyət mərkəzi təmir olunmuş, “Gənclər parkı” tam abad vəziyyətə gətirilmiş, bunun ardınca “Uşaq parkı”nda futbol meydançası və digər qurğularının tikintisinə başlanmışdır. 5 məhəllədə inşa edilmiş “Xeyir-şər” evlərində əsaslı təmir, yenidənqurma və bərpa işləri davam etdirilmiş, S.Bağırov küçəsindəki və 28-ci məhəllədəki 2 “Xeyir-şər” evi əhalinin istifadəsi üçün təhvil verilmişdir. Magistral yolda 7 yerdə müasir tipli yeni dayanacaq inşa edilib, bu işlər davam edir. Pirallahı qəsəbəsində 46 ədəd zibilxananın yeri betonlanıb, yeni alınmış 27 ədəd müasir tipli zibilxana artıq quraşdırılıb. K.Rzayev küçəsində, 28-ci və 29-cu məhəllələrdə 4 ədəd kölgəlik quraşdırılmış, yaxın zamanlarda daha 1 kölgəliyin quraşdırılması başa çatacaqdır. Mərkəzləşdirilmiş istilik sisteminin bərpası layihəsi hazırlanıb, təmir işlərinə və qazanxanaların qurulmasına başlanıb. 5 mərtəbəli binaların bir hissəsinin zirzəmilərinin suyu qurudulub və bu istiqamətdə işlər davam etdirilir. Növbəti payız-qış mövsümünədək ilk olaraq 40-cı məhəllədə 5 binaya, sonra isə qəsəbənin bütün binalarına istilik veriləcəkdir.
Qəsəbənin bir nömrəli problemi sayılan içməli su məsələsinin həlli üçün Zirə qəsəbəsindən adaya gələn mövcud su kəmərinə qanunsuz qoşulmuş xətlər kəsilərək adaya gələn suyun həcmi 3 dəfəyədək artırılmış, Azərsu ASC-nin yaxından köməyi ilə rayona 2 ədəd su maşını alınaraq qəsəbə sakinlərinə təmənnasız olaraq gündəlik 40 ton içməli su verilməsinə nail olunmuşdur. Rayona Ceyranbatan su anbarından yeni içməli su xəttinin çəkilməsinə başlanmışdır və bu işlərin bir il ərzində başa çatdırılması nəzərdə tutulmuşdur. Zirədə tikilmiş 30 000 kubmetrlik 3 ədəd su anbarından Pirallahı istiqamətində magistral su kəmərinin tikintisinə başlanmış, hazırda işlər sürətlə davam etdirilir. 2013-cü ilin mart ayından başlayaraq rayonun Pirallahı qəsəbəsinin 5 məhəlləsinin daxili su xəttləri yenidən çəkilmiş, K.Rzayev, Əzizbəyov və digər küçələrdə bu işlər davam etdirilir. Kanalizasiya sisteminin yenidən qurulmasına başlanmışdır.
Süleyman Bağırov küçəsində təxminən 5 ha sahəni əhatə edən gölün qurudulması prosesi başa çatmaq üzrədir. Ərazidə drenaj-kanalizasiya sisteminin çəkilişi və torpaq daşıyıb tökmək yolu ilə gölün qurudulması işləri gedir. Bu ərazidə “Abad məhəllə -1”-in tikintisinə başlanılıb. İki ədəd bir bloklu 10 mənzilli binanın özülü artıq qoyulmuş, tikintiyə başlanmışdır. İctimai mərkəz tikintisi üçün nəzərdə tutulmuş ərazidə yerləşən və çirkab mənbəyi olan 4 ədəd gölün suyu güclü nasoslar vasitəsi ilə çəkilərək göllər qurudulmuşdur.
Baş planına uyğun olaraq şökülməsi nəzərdə tutulan binalarda yaşayan əhalinin və obyektlərin yerləşdirilməsi üçün 2 yerdə yeni binaların tikintisi üçün sahə ayrılmışdır. Rayonda yaradılmış Su-Kanal Departamenti və Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin formalaşdırılması işləri davam etmişdir. Gələcəkdə bu idarələrdə 400-dən çox adamın işlə təmin ediləcəyi planlaşdırılır. Eyni zamanda qeyd etmək lazımdır ki, Pirallahı rayonu yaranandan 450 nəfər müxtəlif idarə və təşkilatlarda daimi işlə təmin olunmuşlar.
Çilov adasında aprel-iyun ayları ərzində 1196 m yola 6579 m2 həcmində asfalt döşənmiş, adadakı klubun tikintisi davam etmişdir. Çilov adasında 363 ədəd qaz sayğacı quraşdırılmış, müxtəlif diametrli 28395 m qaz xətti yenilənmişdir. Adada ümumilikdə 40 mindən çox ağac əkilmişdir.
Bildirilmişdir ki, sakinlərin maddi-rifah halının yüksəldilməsi məqsədilə yaxın gələcəkdə Pirallahıda Çörək Fabrikinin tikintisi, bazar, ticarət mərkəzləri, yanacaq doldurma məntəqəsi inşa edilməsi nəzərdə tutulub ki, bu işlər eyni zamanda məşğulluq məsələsinin də müsbət həllinə xidmət edəcəkdir. Əhalinin istirahəti və asudə vaxtını səmərəlib keçirməsi üçün məhəllələrdə kölgəliklər, rahat oturacaqlar qurulacaq, gecə işıqlandırılması yaxşılaşdırılacaq, idman meydançaları, mümkün olan yerlərdə futbol və basketbol meydançaları yaradılacaqdır.
İyul ayının 17-də Pirallahıda Yeni Azərbaycan Partiyası Piallahı rayon təşkilatının Təsis konfransının keçirildiyi və rayon təşkilatı yaradıldığı qeyd edilmiş, bütün möhtəşəm planların uğurla reallaşması üçün Pirallahı sakinlərinin 2013-cü ilin payızında keçiriləcək prezident seçkilərində, əvvəllki illərdə olduğu kimi yenə də Yeni Azərbaycan Partiyasının layiqli və yeganə namizədi kimi Prezident İlham Əliyevi - Azərbaycan xalqının vahid siyasi liderini birmənalı şəkildə dəstəkləyəcəkləri vurğulanmışdır.
Hesabat ətrafında çıxış edən millət vəkili Rauf Əliyev, “28 May” NQÇİ-nin rəisi Rövşən Qarayev, 186 N-li orta məktəbin direktoru Arif Xankişiyev, gənc fəal Anar Babayev və başqaları 2013-cü ilin I yarımilində Pirallahı rayonunda görülən işləri qənaətbəxş hesab etdilər. “Pirallahı rayonunda 2013-cü ilin I yarımilində sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə dair” qərar layihəsi tədbir iştirakçılarının diqqətinə çatdırıldı və səsə qoyularaq yekdilliklə qəbul edildi.