Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anıldı
12 dekabr 2017 | 11:00
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasının 14-cü ildönümü ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında, səhiyyə və təhsil ocaqlarında, o cümlədən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının qərargahında silsilə tədbirlər keçirildi, tədbirlərdə Ulu Öndərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla anıldı.
12 dekabr 2017-ci il tarixdə Pirallahı qəsəbəsində Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə 350 nəfər rayon sakininin, o cümlədən şəhid ailələri, Qarabağ əlilləri, rayonda məskunlaşmış məcburi köçkünlərin iştirakı ilə anım mərasimi keçirilmişdir. Tədbirdə millət vəkilləri Rauf Əliyev, Elman Nəsirov, Aydın Mirzəzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, deputat Hikmət Baba oğlu, Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP İcra Katibliyinin məsul əməkdaşı Misirxan Vəliyev iştirak etdilər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin həyatını əks etdirən videoçarx nümayiş olundu. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov ulu öndər Heydər Əliyev haqqında geniş nitq söylədi. Natiq öz çıxışında Ümummilli Liderimizin hər kəsin qəlbində özünə ədədi bir abidə ucaltdığını vurğuladı. Qeyd etdi ki, bu gün müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın qazandığı böyük uğurlar məhz ulu öndər Heydər Əliyev dühasının bəhrəsidir. Hər birimizin əbədiyaşar Ulu Öndərə bugünkü firavan həyat, xoş gələcəyimiz üçün borcu çoxdur. Azərbaycanın 1969-cu ildən başlayan, 30 ildən artıq davam edən bir dövrünə təsadüf edən ən yeni tarixi, həmin illər ərzində müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatının bütün sahələrində nail olunan uğurlar böyük siyasətçi Heydər Əliyevin adı, yüz illərə hesablanmış ideyaları ilə bağlıdır. Həmin illər Azərbaycan tarixinin Heydər Əliyev dövrü kimi qiymətləndirilir. O, ümummilli lider Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunduğunu, dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edildiyini vurğuladı. Ulu öndərin hakimiyyəti dövründə respublikamızın hərtərəfli tərəqqisində misilsiz nailiyyətlər qazanıldığı, habelə ölkəmizin yüksək iqtisadi inkişaf tempi ilə irəliləməsinin məhz Heydər Əliyev əməyinin nəticəsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Tədbirdə millət vəkili Elman Nasirov Ümummilli Liderin müstəqil dövlətimizin qurulması və möhkəmləndirilməsi sahəsində çoxşaxəli və yorulmaz fəaliyyətindən, Azərbaycanın inkişafında misilsiz xidmətlərindən söz açıldı. Bu dahi şəxsiyyətin zaman və məkan anlayışına sığmayaraq öz xalqının təkcə sevimlisinə yox, həm də idealına çevrildiyi bildirildi.
Tədbirin sonunda rayon məktəbliləri ulu öndər Heydər Əliyevə həsr olunmuş şeir kompozisiyaları ilə çıxış etdilər. Rəsmi hissə bitəndən sonra, rayonun sakinləri üçün ehsan süfrəsi açılmış, Ümummilli Liderin ruhuna dualar oxunmuşdur.