Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda növbəti ağacəkmə aksiyası keçirildi

15 dekabr 2017 | 11:00
   Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadəsi məsələsi ölkəmizdə aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Pirallahı rayonunun  yaradılmasına dair qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan  sonra, bu rayonda ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması  məqsədi ilə rayonun bütün ərazisi boyu mütəmadi olaraq genişmiqyaslı  abadlıq , yaşıllaşdırma işləri həyata keçirilir və bu işlər hazırda davam etdirilir. Bu  istiqamətdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı  ilə rayonun bütün ərazisində  idarə və müəssisələrin iştirakı ilə iməciliklər keçirilmiş, on minlərlə ağac,  mövsümi gül kolları əkilmişdir.
   “Hərəyə bir ağac əkək” aksiyası çərçivəsində Pirallahı Rayon İcra Hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının birgə təşəbbüsü ilə növbəti ağacəkmə kampaniyası keçirildi. Aksiyada RİH əməkdaşları, YAP Pirallahı rayon təşkilatının fəalları, eləcə də ictimaiyyət nümayəndələri iştirak etdilər. Pirallahı qəsəbəsində Süleyman Bağırov küçəsində yerləşən parkda 200-dən çox yeni ağaclar və gül kolları əkilib, ərazidə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.
 
 
 
 
 
Keçidlər