Rayonumuzun ümumtəhsil müəssisələrində "Şəhadət" sənədli filminin nümayişi davam etdirilir
18 dekabr 2017 | 11:00
Pirallahı rayonunun bütün ümumtəhsil müəssislərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filminin nümayişi keçirilir. Növbəti tədbir 186 nömrəli tam orta məktəbin akt zalında keçirildi. Toplantıda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Pirallahı Rayon İcra Hakimiyyətinin, DTX-nin Xəzər rayon idarəsinin Pirallahı rayon bölməsinin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarının üzvləri, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbir sənədli filmin nümayişi ilə başladı. Film elə ilk dəqiqədən tamaşaçıları burada cərəyan edən iki fərqli həyat həqiqətinin dəyərini verməyə çağırırdı. İki müxtəlif amal, iki fərqli yol – biri böyük Vətən sevgisindən, suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq kimi müqəddəs borcdan irəli gələn döyüş yolu, digəri isə xurafat və fanatizmə yuvarlanıb radikal təmayüllü cərəyanların liderlərinin cəfəng İslam xilafəti xülyaları naminə günahsız insanları amansızcasına qətlə yetirmək yolu. Hər ikisi ölüm və itki gətirir. Bu iki müxtəlif amal uğrunda mübarizə aparmış Azərbaycan gənclərinə cəmiyyət, onların ailələri, yaxınları və dostları tərəfindən göstərilən fərqli münasibət diqqətə çatdırılır. Azərbaycan gənci üçün filmdə çox aydın, anlaşılan seçim imkanı var. Bu seçim, heç şübhəsiz, Vətən sevgisindən, yurda xidmət kimi müqəddəs borcundan keçən yoldur.
Filmə baxışdan sonra keçirilən müzakirələrdə bu fikirlər daha dolğun ifadə edildi. Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev din pərdəsi altında gizlənən, əslində isə ekstremizm və radikalizm fəaliyyəti ilə məşğul olan qüvvələri pisləyərək, ölkəmizdə olan ictimai-siyasi sabitliyin ən mühüm nailiyyətimiz olduğunu iştirakçıların diqqətinə çatdırdı. Natiq qeyd etdi ki, Azərbaycan Respublikasında vətəndaşlar arasında ekstremizm və radikalizm hallarının qarşısını almaq, vahimə yaradan terrorçuluq əməllərini öncədən zərərsizləşdirmək və ölkə daxilində sabitliyin pozulmasına yönələn təhlükəli əməlləri əngəlləmək üçün kifayət qədər hüquqi baza və onu nəzarət altına alan dövlət orqanları vardır.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əliheydər Zülfüqarov “Şəhadət” filminin əhəmiyyətindən danışaraq bildirdi ki, filmin hazırlanmasında əsas məqsəd gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək, dini fanatizm, radikalizm və ekstremizmə yuvarlanmamaları üçün onları məlumatlandırmaqdır. Diqqətə çatdırıldı ki, islam dininin adından çıxış edən radikal, ekstremist qruplaşmalar törətdikləri münaqişələr və qarşıdurmalarla İslam dininin nüfuzuna xələl gətirirlər. Əliheydər Zülfüqarov milli-mənəvi dəyərlərimizin – ənənəvi İslam dəyərlərinin təbliğinin dini radikalizmə və xurafata qarşı mübarizədə önəmli vasitə olduğu vurğuladı.
Sonda tədbir iştirakçılarının sualları cavablandırıldı.