Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda tikinti-quruculuq işləri davam etdirilir

21 dekabr 2017 | 11:00
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən keçirilən islahatlar nəticəsində iqtisadiyyatının bütün sahələrdə dinamik inkişaf müşahidə olunur, bir sıra problemlər mərhələli şəkildə öz həllini tapır. Bununla paralel olaraq, respublikamızın bütün guşələrində, o cümlədən Pirallahı rayonunda da abadlıq-quruculuq işləri geniş vüsət alıb. Görülmüş tədbirlər çərçivəsində Pirallahıda mühüm tikinti-quruculuq və abadlıq işləri həyata keçirilmiş, irimiqyaslı infrastruktur layihələri icra olunmuş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi və yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 01 avqust 2017-ci il tarixli "Bakı şəhərinin Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq, Pirallahı rayonunda Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinin davam etdirilməsi və qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 29 ədəd yeni çoxmənzilli binaların tikintisi nəzərdə tutulub.
   Ölkə başçısının sərəncamına əsasən Rayon İcra Hakimiyyətinin inzibati binasında işlər davam etdirilir. Hal-hazırda fasadın üzlənməsi işləri görülür. İnzibati binada daxili bəzək işləri aparılır, mühəndis-kommunikasiya xətləri çəkilir. Qeyd edək ki, Pirallahı qəsəbəsinin S.Vurğun küçəsində inşa edilən Rayon İcra Hakimiyyətinin inzibati binası 4 mərtəbədən ibarətdir. Binanın ümumi sahəsi 3485 kvadrat metr, tikinti sahəsi 1224 kvadrat metr, həcmi 20321 kub metr təşkil edəcək.
    Heydər Əliyev Mərkəzində də tikinti-quraşdırma işləri aparılır. Binanın daxilində  divarların suvanılması işləri görülür.
    Pirallahı qəsəbəsi S.Vurğun küçəsində yeni yaşayış binalarının tikintisi üçün ayrılmış ərazi hasara alınmışdır. Binaların tikintisi üçün ayrılmış ərazidə şaquli planlaşdırma işləri aparılmış, 3 ədəd binanın bünövrə çalasının qazılması işləri tamamlanmış və beton işləri görülmüşdür.
 
 
Keçidlər