İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri rayonumuza səfər edib
28 dekabr 2017 | 11:00
Dekabrın 28-də İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav Pirallahı rayonuna səfər edib. Rayonla tanışlıq məqsədi daşıyan səfər çərçivəsində israilli diplomat ilk öncə Gürgən qəsəbəsi ilə tanış olub. Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov səfirə “Gürgən qalalar kompleksi”, burada salınacaq yeni şəhər, kanat yolları və mayakın tarixi, o cümlədən əfsanəvi Neft Daşları, Çilov adası, perspektiv layihələr, dənizdə ilk dəfə neft çıxarılmasının tarixi və turizm potensialı barədə məlumat verib.
Səfir Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən müasir körpü ilə tanış olub və ona vaxtilə burada olmuş damba, elektrik qatarları, həmçinin su idman oyunları və turizm barəsində məlumat verilib.
Dan Stav “Nərəkənd” balığyetişdirmə kompleksi, Yüksək Texnologiyalar Parkı, Saat qülləsi, üzərində Bakı şəhərinin simvolu olan atəşgah, Daş kitabə, “Abşeronneft” NQÇİ-nin ərazisində yerləşən buruq formasında düzəldilmiş abidə, Günəş Elektrik Stansiyası, Nobel anbarı və yeni neft anbarı ilə tanış olub.
Səfər çərçivəsində israilli diplomata Pirallahı Sənaye Parkı haqqında ətraflı məlumat verildi. Qeyd edildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyri-neft sənaye sahələrinin davamlı inkişafı, sənaye sahəsində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılması, o cümlədən əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviq edilməsi və istehsal sahəsində əhalinin məşğulluğunun artırılması məqsədi ilə “Pirallahı Sənaye Parkının yaradılması haqqında” sərəncam imzalayıb. Bildirildi ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanununda sənaye parklarının rezidentləri (sənaye parkların qeydiyyat şəhadətnaməsini almış və orada fəaliyyət göstərən sahibkarlar) üçün bir sıra güzəştlər nəzərdə tutulmuşdur. Belə ki, rezidentlər sənaye parklarında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 7 il müddətinə müvafiq fəaliyyətə görə mənfəət/gəlir vergisindən, əmlak və torpaq vergisinindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azaddırlar. Hal-hazırda parkda 3 rezidenti var - “Hayat Farm” MMC ", "Caspian Pharmed" və "Diamed Co" MMC. Bundan əlavə, “Azərbaycan İnvestisiya Şirkəti” və Ukraynanın “İndar” şirkəti arasında Azərbaycanda insulin zavodunun tikilməsi barədə memorandum imzalanmışdır. Bu müəssisələrdə 700-dən artıq yeni iş yerlərinin açılması nəzərdə tutulur.
Cənab səfir 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni – 2018-ci ilin gəlişinə həsr olunmuş bayram tədbirində də iştirak etdi. Dan Stav rayon sakinlərini 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etdi, hər kəsə can sağlığı və bol-bol yeni uğurlar arzuladı.
Sonda israilli diplomatla Pirallahı Rayon İcra Hakimiyyətində görüş keçirilib. Burada rayonun maketinə, stendlərə, Yeni Pirallahı kitabına, jurnala və fotoalboma baxış keçirilib. Eyni zamanda dəyirmi masa ətrafında müzakirələr aparılıb, qonağın təklifləri dinlənilib və cənab səfirə kənd təsərrüfatı məhsulları istehsal edən istixanaların salınması, rayonda olan qəzalı evlər və dövlət tərəfindən tikiləcək yeni binalar barədə məlumat verilib və d. məsələlərlə bağlı təkliflər səslənib.
Dan Stav İsrail ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın inkişaf etdiyini bildirib. O, Pirallahının sənaye, səhiyyə, kənd təsərrüfatı, elm, təhsil və turizm sahəsindəki potensialı ilə, o cümlədən rayona xarici investorların cəlb edilməsi istiqamətində görülən tədbirlərlə maraqlanıb. Görüş zamanı səfir Dan Stava rayon haqqında kitab və albom hədiyyə edilib.