Şriftin ölçüsü :

Saytın rəngi :

Dini Məsələlər üzrə Komissiyanın növbəti iclası keçirildi

08 yanvar 2018 | 11:00
    8 yanvar 2018-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı yanında Dini Məsələlər üzrə Komissiyanın növbəti iclası keçirildi.  İclasda Pirallahı Rayon İcra Hakimiyyətinin başçısının müavini, Dini Məsələlər üzrə Komissiyanın sədri Vəzir Səfixanov və komissiyanın üzvləri iştirak etdilər.
   Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini, Dini Məsələlər üzrə Komissiyanın sədri Vəzir Səfixanov respublikamızda mövcud olan dövlət-din münasibətləri, dinlərarası dialoq və tolerantlıq sahəsində həyata keçirilən dövlət siyasətindən bəhs etdi. Bildirildi ki, qədim İpək Yolunun üzərində yerləşən və Qərblə Şərq arasında körpü rolunu oynayan Azərbaycan torpağı tarix boyu müxtəlif dinlərin qovuşduğu bir məkan olmuşdur. Belə bir şəraitin mövcud olmasında Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi və s. səbəblər böyük rol oynamışdır. Natiq qeyd etdi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev davam etdirir. Bu gün Azərbaycan Respublikasında din – dövlət münasibətləri Azərbaycan Respublikasının Konstitusiyası, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının qanunu və bu qanuna edilmiş dəyişikliklər və əlavələr, habelə digər normativ aktlara əsasən tənzim edilir. Diqqətə çatdırıldı ki, ölkəmizdə mühüm rol oynayan strateji amillərdən biri ictimai-siyasi sabitlikdir. Mövcud olan milli həmrəylik, xalq-iqtidar birliyi ölkəmizin milli gücünün də artmasında ifadə olunur. Təəssüflə qeyd edildi ki, Azərbaycanın inkişafından narahatlıq duyan bəzi xarici qüvvələr ölkəmizdə əlaltıları vasitəsi ilə sabitliyi pozmağa, hətta Konstitusiya quruluşunu dəyişmək üçün təxribatçı və illeqal fəaliyyət göstərir, hüquqazidd əməllərə yol verirlər. Bildirildi ki, rayon ictimaiyyəti, xüsusən də gənclər arasında maarifləndirmə işləri daha da artırılmalıdır. Qeyri-ənənəvi dini cərəyanların rayon ərazisində təbliğat aparma cəhdlərinə qəti şəkildə yol verilməməlidir. Şübhəli şəxslər haqqında aidiyyəti orqanlara dərhal məlumat verilməlidir.
    RİH aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev, komissiya üzvləri Elçin Baxşiyev, Əli Kərimov və Fazil Məhəmmədov bildirdilər ki,  Pirallahı rayonunda milli-mənəvi dəyərlərimizin qorunması, dini tolerantlıq, dövlət-din münasibətlərinin nizamlanması istiqamətində mütəmadi olaraq ardıcıl işlər aparılır. Bildirildi ki, ölkəmiz demokratik prinsiplərlə inkişaf edən tolerant bir məkandır və dövlətimiz tərəfindən bütün dinlərə və təriqətlərə sağlam fəaliyyət üçün şərait yaradılıb. Müstəqilliyə qədəm qoyduğumuz dönəmdə ölkəmizdə 17 məscid fəaliyyət göstərirdisə, son 20 ildə onların sayı 2000-ə çatdırılıb. Təkcə bu fakt dövlətimizin dinə və dindar vətəndaşlara münasibətinin bariz münasibətidir. Ölkə başçısının bu istiqamətdə həyata keçirdiyi düzgün siyasətin nəticəsidir ki, respublikamız dünyada nümunəvi tolerant ölkə kimi tanınır.
    Sonda dini durumun sabitliyi istiqamətində maarifləndirmə işlərinin daha da genişləndirilməsi üzrə lazımi tədbirlərin görülməsinin vacibliyi vurğulandı və müvafiq tapşırıqlar verildi.
Keçidlər