Dənizin ekoloji cəhətdən çirklənməsinin qarşısı alınır
30 iyul 2013 | 10:00
Pirallahı rayonunda təmizlik və abadlıq-quruculuq işləri artıq dəniz sahələrinə də keçirilmişdir. Rayonun girişindəki dambanın sağ tərəfində uzun illərdir atılıb qalmış köhnə, paslanmış, çürümüş gəmilər həm ekologiyaya zərər vurur, həm də Xəzərin estetik gözəlliyinə xələl gətirirdi. Bunun qarşısını almaq üçün bir neçə gün idi ki, dalğıcların yaxından köməyi ilə dənizin bu hissəsində intensiv təmizlik işləri aparılırdı. Nəticədə həm paslanmış köhnə gəmilər, həm də çürümüş svaylar qaynaq yolu ilə kəsilərək ərazidən daşınmış və Xəzərin estetik gözəlliyi bərpa edilmişdir.
Rayonda davam edən tikinti-quruculuq işlərinin bu günlərdə əsas mərkəzi yenə də Süleyman Bağırov küçəsidir. “Abad məhəllə-1”in birinci binasının ardınca ikinci bir bloklu 10 mənzilli binanın bünövrə çalasının qazılması, taxta qəliblərin hazırlanması və dəmir armaturların hörülməsindən sonra beton tökülərək təməlqoyma başlanmışdır. Ümumi yaşayış sahəsi 600 kvadratmetrdən çox olacaq 3 mərtəbəli binanın birinci mərtəbəsi qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulub. Mənzillər 1 və 2 otaqlı olacaqdır. Pirallahının S.Bağırov küçəsindəki çirkab mənbəyi olan gölün qurudulması işləri də davam edir. İş prosesinə cəlb edilmiş ağır tonnajlı avtomaşınlar indiyədək artıq 3500-dən çox reys edərək 15 km məsafədən torpaq daşıyıb gölə tökürlər.
28-ci məhəllədə xaotik şəkildə, qanunsuz, uşaq meydançaları və digər sosial obyektlərin yerində inşa edilmiş sənədsiz qarajların və digər tikililərin söküntüsü, antisanitariyanın aradan qaldırılması davam edir. Pirallahı qəsəbəsinin məhəllələrində daxili su xətlərinin yenidən çəkilməsi prosesi gedir. Bu günlərdə iş Əzizbəyov küçəsində başa çatmaq üzrədir. Kanalizasiya sisteminin yenidən qurulmasına 29-cu məhəllədən başlanıb. Baş kollektor üzərində qəsəbənin Tarxan adlanan hissəsindən başlayaraq Neftyığma məntəqəsi istiqamətində iş gedir. “Azəristilik” birliyi tərəfindən 40-cı məhəllədəki qazanxananın əsaslı təmiri sürətlə davam edir.
“Uşaq əyləncə parkı”nda mini-futbol meydançasının asfalt örtüyü vurulub, yaşıl qazonun döşənməsinə hazırlıq gedir. Parkda plitələr döşənir, yelləncəklərin, müxtəlif attraksionların yerləşdirilməsi, müasir kölgəliklərin qurulmasına başlanıb.
“Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisində 800 metr uzunluğu, 10 metr eni olan avtomobil yolunun torpaq işləri yekunlaşaraq çınqıl döşənməsi, inzibati binanın bünövrə çalasının qazılması və limanın dənizdəki bənd hissəsinin doldurulması işləri davam edir.
Pirallahı qəsəbəsində yeni dayanacaqlardan artıq 8-cinin quraşdırılması yekunlaşıb.