2018-ci il dövlət başçısı tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu
11 yanvar 2018 | 11:00
Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması əlamətdar hadisə olmaqla yanaşı, xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən birini təşkil etmişdir. 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermişdir. Belə ki, müsəlman şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti milli dövlət quruculuğunun bərqərar edilməsində, xalqımızın suverenliyinin təmin olunmasında, tarixi yaddaşının formalaşmasında müstəsna əhəmiyyət kəsb etmişdir. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymaqla yanaşı, xalqmızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə gələcək müstəqillik üçün etibarlı zəmin hazırlamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə itirilmiş dövlətçiliyimizin bərpası reallaşdı. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil Azərbaycan Respublikasına verdiyi böyük töhfələrdən biri və bəlkə də ən əsası ondan ibarətdir ki, dünyanın bütün Şərq, müsəlman aləmində ilk dəfə Azərbaycanda demokratik üsul-idarə prinsiplərinə əsaslanan dövlət, hökumət yaranmış, beləliklə də Azərbaycanda həm müstəqilliyin, həm də demokratiyanın, demokratik dövlət üsul-idarəsinin əsası qoyulmuşdur.
Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bu gün Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli və layiqli varisi kimi 1918-1920-ci illərdə əsası qoyulmuş demokratiya, demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Müstəqillik haqqında Konstitusiya Aktı” nda qeyd olunur ki, 1920-ci ildə itirilmiş müstəqilliyimiz bərpa olunur. Xalq Cümhuriyyətinin siyasi varisi olmaqla Azərbaycan Respublikası onun bayrağını, gerbini, himnini qəbul etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmişdir. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi hazırda Respublika Günü kimi qeyd olunur.
1997-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 79-cu ildönümünə həsr olunmuş təntənəli yığıncaqda Heydər Əliyev 1918-ci ilin mayına qədər Cənubi Qafqazda, o cümlədən Azərbaycanda baş verən siyasi hadisələrə qiymət verərək qeyd edir: “Azərbaycan Xalq Cümhuriyyəti elan olunana qədər bu bölgədə mövcud vəziyyət son dərəcə mürəkkəb olmuşdur. Birinci dünya müharibəsi və onun nəticələri bu bölgəyə ağır təsir göstərmişdir. Xüsusilə, erməni daşnak qüvvələrinin müsəlman əhalisinə qarşı törətdikləri qırğınlar böyük faciələr kimi yadda qalmışdır”.
Heydər Əliyev Cənubi Qafqazda müstəqillik ideyasından əvvəlki Azərbaycan, erməni və gürcülərin Zaqafqaziya Komissarlığı və Zaqafqaziya Seymində göstərmiş olduqları fəaliyyətə də münasibət bildirmişdir: ¬“O ¬zaman hətta Zaqafqaziya ölkələrinin birlikdə dövlət müstəqilliyini elan etmək təklifləri də olmuşdur. Lakin Cənubi Qafqazdakı siyasi vəziyyət və aralarındakı ərazi mübahisələri Zaqafqaziya dövlətinin bir aydan artıq yaşamasına imkan verməmişdir”. Dövrün siyasi hadisələrinin təhlilini verən Heydər Əliyev məruzəsində qeyd edir: “1918-ci il mayın 28-də xalqımızın qabaqcıl ziyalıları, Azərbaycanın gələcəyi haqqında düşünənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında Tiflisdə qərar qəbul etmiş və bu qərarı “İstiqlal bəyannaməsi” adı altında elan etmişlər. Sonra, yəni iyunun ortalarından Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü başlanmışdır”.
Xalq Cümhuriyyətini quran şəxslərə qarşı hörmət və ehtiram bu gündə davam etdirilir. Xatırladaq ki, hələ 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İstiqlal” abidəsinin açılışını edib.
Prezident İlham Əliyevin Sərəncamı ilə Xalq Cümhuriyyətinin 90 illik yubileyi təntənəli şəkildə qeyd olunub. Bütün bunlar Xalq Cümhuriyyəti dövrü tarixinə qarşı göstərilən hörmət və ehtiramdır. Bu gün Xalq Cümhuriyyətinin bizə yadigar qoyduğu üçrəngli bayrağımız dünyanın hər bir nöqtəsində dalğalanır.
2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. Bu tədbirlərlə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Buna görə də Azərbaycan Respublikasının Prezidenti 10 yanvar 2018-ci ildə Sərəncam imzalamışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin təntənə ilə qeyd edilməsi hər bir soydaşımız tərəfindən böyük rəğbətlə qarşılanıb. Çünki bu gün hər bir ziyalı, ictimai-siyasi xadim, bütövlükdə ictimaiyyətin nümayəndələri də bilirlər ki, xalqımızın milli yaddaşında beş minillik dövlətçilik şüuru hakimdir. Bu ənənələrin qorunması və gələcək nəsillərə ötürülməsi də tarixi mirasımıza sahib çıxmaqdan, onu yaşatmaqdan keçir.