Şriftin ölçüsü :

Saytın rəngi :

Tikinti-quruculuq işlərimiz uğurla davam etdirilir

16 yanvar 2018 | 11:00

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi  inkişaf  strategiyası Azərbaycanın bugünkü uğurlarına yol açır. Ölkəmizin hər yerində aparılan kompleks tikinti-abadlıq işləri Pirallahı rayonunda da geniş vüsət alıb.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 01 avqust 2017-ci il tarixli  sərəncama uyğun olaraq, Pirallahı rayonunda Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinin davam etdirilməsi və qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 29 ədəd yeni çoxmənzilli binaların tikintisi nəzərdə tutulub.
     Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində yeni yaşayış binalarının tikinti-quraşdırma işləri  sürətlə davam etdirilir.
    Qeyd edək ki, həmçinin  RİH-nin inzibati binasında da tikinti işləri davam etdirilir, inzibati binanın fasadının keramoqranit ilə üzlənməsi işləri görülür. Plastik pəncərələrin quraşdırılması işləri tamamlanmış və otaqlarda asma tavanın vurulması işləri aparılır. Kommunikasiya  xətlərinin çəkilməsi davam etdirilir. Heydər Əliyev Mərkəzində də tikinti-quraşdırma işləri aparılır. Binanın daxilində  divarların suvanılması işləri görülür.

 

Keçidlər