Şriftin ölçüsü :

Saytın rəngi :

Çilov qəsəbə İƏD üzrə nümayəndəliyinin 2017-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi

17 yanvar 2018 | 11:00
       16 Yanvar 2018-ci il tarixində Çilov qəsəbəsindəki “28 May” NQÇİ-nin Mədəniyyət evində Pirallahı  Rayon İcra Hakimiyyəti başçısının Çilov qəsəbə İƏD-si üzrə nümayəndəliyinin 2017-cı ilin sosial-iqtisadi inkişafın yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Tədbirdə RİH-nin məsul əməkdaşları - Ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Azad Namazov, təsərrüfat xidmətlərinin rəhbərləri, eləcə də qəsəbə sakinləri iştirak etdilər.
        Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Çilov qəsəbəsində ucaldılmış büstünün önünə gül dəstələri qoydular.
      Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Çilov qəsəbə İƏD üzrə nümayəndəsi İlham İbrahimov 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat məruzəsi ilə çıxış etdi. İ.İbrahimov bildirdi ki, Çilov qəsəbə  nümayəndəliyi öz  işini  2017-ci il  üçün Pirallahı  rayon  İcra  Hakimiyyətinin  Başçısı  cənab Vasif  İmanovun təsdiq etdiyi iş  planı əsasında qurmuşdur. Məruzədə nümayəndəliyin rayon ərazisində keçirilən mədəni-kütləvi tədbirlərdə və rayonun ictimai-siyasi həyatında yaxından iştirak etdiyini vurğulandı.
      İlham İbrahimov bildirdi ki, qəsəbə  nümayəndəliyi  il  ərzində  gördüyü  işləri “28 May” NQÇİ-nin Mənzil Kommunal  İstismar  sahəsinin  və  bələdiyyənin  köməkliyi  ilə  yerinə yetirmişdir. Belə ki, 2017-ci  il  ərzində  qəsəbə əhalisinə  su, qaz  və  elektrik  enerjisinin  fasiləsiz  verilməsi təmin olunmuş, kommunal xidmətlərə görə ödənişlərin vaxtında yerinə yetirilməsi daim nəzarətdə saxlanılmışdır. Kommunal xidmətlərin ödənişində çətinliyi olan  aztəminatlı  və  imkansız  ailələr ilə də ödəniş edilməsi barədə vaxtaşırı  maarifləndirici  söhbətlər  aparılmışdır. Qəsəbədə məskunlaşan qaçqın və məcburi köçkün ailələri, yaşlı və köməyə ehtiyacı olan sakinlər mütəmadi olaraq diqqət mərkəzində saxlanılmış, onların çətinlikləri, problemləri hərtərəfli araşdırılmış, imkan daxilində onlara köməklik göstərilmişdir. Mütəmadi olaraq Mənzil Kommunal Təsərrüfatı əməkdaşlarının köməyi ilə qəsəbənin mərkəzi yolunda, daxili küçələrində sanitar-təmizlik işləri həyata keçirilmişdir. Gənclərin  asudə  vaxtının  səmərəli  təşkili üçün  “28  May” NQÇİ-nin  futbol  meydançasında idman yarışları  keçirilmiş, yay  mövsümündə  dəniz  kənarında  çimərliklər  təşkil  edilmişdir.  Qəsəbə ərazisində yerləşən Gənclər parkında yenidən qurma işləri görülmüş, müxtəlif növ ağaclar, dekorativ gül kolları əkilmiş, oturacaqlar yenilənmiş, hovuz təmir olunmuş, süni şəlalə qurulmuş,  sakinlərin istirahəti üçün bütün şərait yaradılmış və onların istifadəsinə verilmişdir.
      İ.İbrahimov görülən işlərdə Pirallahı RİH başçısı Vasif İmanovun və “28 May” NQÇİ-nin rəhbərliyinin göstərdiyi köməyi xüsusi vurğulamışdır. Qeyd edildi ki, nümayəndəlikdə 2016-cı  il  ərzində 10 əmr verilmiş, RİH-dən 13 əmr və  sərəncam daxil olmuş, 46 nəfər  sakin  rəsmi  olaraq  nümayəndənin qəbulunda  olmuş, 80 nəfər isə  şifahi  müraciət etmişdir.
      Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, ölkəmizin bütün guşələrində olduğu kimi, Pirallahı rayonunda da abadlıq-quruculuq işləri aparılır. Görülmüş tədbirlər çərçivəsində Pirallahıda mühüm tikinti-quruculuq və abadlıq işləri həyata keçirilmiş, irimiqyaslı infrastruktur layihələri icra olunmuş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi və yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir. Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 01 avqust 2017-ci il tarixli "Bakı şəhərinin Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq, Pirallahı rayonunda Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinin davam etdirilməsi və qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 29 ədəd yeni çoxmənzilli binaların tikintisi nəzərdə tutulub. H.Şikarov ötən il rayonda aparılan işlər haqqında ətraflı məlumat verərək bildirdi ki,  RİH tərəfindən görülən işlər gələcəkdə Çilov qəsəbəsinin də nümunəvi bir yaşayış məntəqəsinə çevrilməsinə əlverişli şərait yaradacaqdır.
       “28 May” NQÇİ-nin rəisi Zaur Bağırov, 131 nömrəli tam orta məktəbin direktor müavini Neymət Alıyev, Çilov Ağsaqqallar şurasının üzvü Zirəddin Kərimov dinlənilən hesabata münasibət bildirdilər. Hesabat yığıncağında məruzəçilər çıxışlarında əhalini narahat edən məsələlərə də toxundular, qaldırılan məsələlərin həlli yolları barədə ciddi fikir mübadiləsi apardılar. Yığıncaqda sakinləri maraqlandıran suallar cavablandırıldı. Həmçinin qəsəbənin ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir qrup qəsəbə sakini fəxri fərmanlarla təltif olundu.
       Sonra toplantının qərarı ilə Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının Çilov qəsəbə İƏD üzrə nümayəndəliyinin 2017-ci ilin yekunlarına dair hesabat   məruzəsi qənaətbəxş hesab olundu. Hesabat yığıncağının sonunda qərar layihəsi oxundu.
 
 
Keçidlər