Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı qəsəbə İƏD üzrə nümayəndəliyinin 2017-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi

18 yanvar 2018 | 11:00
     18 yanvar 2018-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Pirallahı qəsəbə inzibati ərazi dairəsi  üzrə nümayəndəliyinin 2017-ci ildəki fəaliyyətinə dair və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Hesabat yığıncağında Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, Ağsaqqallar Şurasının və Pirallahı Bələdiyyəsinin üzvləri, eləcə də qəsəbə sakinləri iştirak etdilər.
       Hesabat məruzəsi ilə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Pirallahı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rauf Əliyev bildirdi ki, qəsəbə  nümayəndəliyi öz  işini  2017-ci il  üçün Pirallahı  rayon  İcra  Hakimiyyətinin  Başçısı  cənab Vasif  İmanovun təsdiq etdiyi iş  planı əsasında qurmuşdur. Məruzədə nümayəndəliyin rayon ərazisində keçirilən tədbirlərdə və rayonun ictimai-siyasi həyatında yaxından iştirak etdiyi vurğulandı. R.Əliyev qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”na uyğun olaraq, Pirallahı qəsəbəsində yol infrastrukturunun yenidənqurma və təmir-bərpa işləri tamamlanmışdır. Ümumilikdə sözügedən avtomobil yolunun uzunluğu 8,5 km təşkil edir. Eləcədə qəsəbə daxilində K.Rzayev, Xanlar küçələrində yolun asfaltlanması işi başa çatdırılmış və digər küçələrdə bu işlər davam etdirilir. 2017-ci il ərzində qəsəbənin mərkəzi magistral yolunun kənarlarında və eləcə də qəsəbədaxili küçələrdə minlərlə yeni ağaclar və dekorativ kollar əkilmişdir.  2017-ci il ərzində əhali ilə mütəmadi görüşlər keçirilmiş, şikayət, rəy və təklifləri ümumiləşdirərək mövcud olan problemlərin həll olunmasına nail olunmuşdur. Qəsəbədə  qanunsuz  tikintilərin  qarşısının alınması məqsədi ilə qəsəbə  mütəmadi reydlər keçirmiş, aşkar olunan qanunsuz tikililər tərəfimizdən qeydə alınaraq müvafiq tədbirlər görülmüşdür. Bundan başqa il ərzində qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədi ilə mütəmadi reydlər təşkil olunmuşdur. Pirallahı qəsəbəsi K. Rzayev  küçəsindəki məhəllələrdə  abadlıq  işləri  aparılmışdır.  Yol  kənarı  boyu  köhnə,  dağılmış  səki daşları çıxarılaraq yeniləri ilə əvəzlənmişdir. K. Rzayev küçəsində 6 nömrəli  yaşayış binasının fasadında təmir  işləri  tamamlanmış, küçənin bir hissəsində asfalt döşəmə işləri başa çatdırılmışdır. K.Rzayev küçəsinin digər hissələrində əsaslı təmir işləri mütəmadi olaraq davam etdirilir. Pirallahı  qəsəbəsi, S.Vurğun  küçəsində inşa edilən yeni yanacaqdoldurma  məntəqəsinin təmiri yekunlaşmaq üzrədir. Çörəyin adaya kənardan maşınlarla daşınması onun həm maya dəyərinə, həm də vaxtında keyfiyyətlə vətəndaşlara çatdırılmasına mənfi təsirini göstərirdi. Buna görə də sakinlərin tələbatı nəzərə alınaraq Pirallahı rayonunda “Ada çörək və un məmulatları kombinatı”nın tikintisi başa çatdırıldı. Diqqətə çatdırıldı ki, 2017-ci il ərzində qəsəbədə su, kanalizasiya, elektrik və istillik təchizatı xeyli yaxşılaşmışdır.
       Yığıncaqda çıxış edən Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov bildirdi ki, Azərbaycan 2017-ci ildə mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunaraq uğurla inkişaf etmişdir. Qarşıda duran bütün vəzifələr icra edilmişdir. Ölkə iqtisadiyyatının inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması davam etdirilir. Əhalinin sosial rifahının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilir, Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənir, milli təhlükəsizlik və sabitlik təmin olunur. 2017-ci ildə iqtisadiyyatın prioritet istiqamətləri olan qeyri-neft sektoru 2,5 faiz, o cümlədən sənaye 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artmışdır. Ölkə iqtisadiyyatına keçən il 14 milyard 600 milyon dollar sərmayə qoyulmuşdur. Dünyanın aparıcı iqtisadi beynəlxalq forumunun - Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 35-ci pilləyə yüksəlmişdir. Qeyd edildi ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da abadlıq-quruculuq işləri aparılır. Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev il ərzində 2 dəfə Pirallahıya səfər etdi. May ayının 11-də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Pirallahı qəsəbəsində oldular. Dövlətimizin başçısı Pirallahı və Gürgən qəsəbələrini birləşdirən yeni körpünün rəmzi açılışını bildirən lenti kəsdi. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirallahı qəsəbəsi Səməd Vurğun küçəsində aparılan yenidənqurma işləri ilə tanış oldular və yeni çəkilmiş yolun açılışında iştirak etdilər. İyulun 21-də Pirallahıya 2-ci səfəri zamanı qəsəbəsinin içməli su təchizatı layihəsinin açılışında iştirak edən prezident İlham Əliyev sonra qəsəbənin mərkəzi hissəsində görülmüş işlər və həyata keçiriləcək tədbirlərin layihələri ilə tanış oldu. Bildirildi ki, yeni yaranan rayonda müxtəlif nazirlik, komitə və baş idarələrin yerli qurumlarının təşkili prosesinə start verilib. Buna görə Pirallahı qəsəbəsinin baş planı hazırlanıb. Plana əsasən, Pirallahı qəsəbəsinin mərkəzində inzibati mərkəz üçün ayrılan ərazidə Pirallahı Rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzi binalarının inşası davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Pirallahı” günəş elektrik stansiyasının açılışında da iştirak etmişdir.
     Pirallahı rayon Ağsaqqallar şurasının sədri Fazil Məhəmmədov, 186 nömrəli tam orta məktəbin direktor müavini Həcər Ramazanova, 168 nömrəli tam orta məktəbin coğrafiya müəlliməsi Təhminə Şamilova  öz çıxışlarında hesabata münasibət bildirdilər. Hesabat yığıncağında məruzəçilər çıxışlarında əhalini narahat edən məsələlərə də toxundular, qaldırılan məsələlərin həlli yolları barədə ciddi fikir mübadiləsi apardılar. Yığıncaqda sakinləri maraqlandıran suallar cavablandırıldı. Həmçinin qəsəbənin ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir qrup qəsəbə sakini YAP Pirallahı rayon təşkilatı tərəfindən fəxri fərmanlarla təltif olundu.
      Sonra toplantının qərarı ilə Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının Pirallahı qəsəbə İƏD üzrə nümayəndəliyinin, hesabatı nəzərə alınaraq, 2017-ci iildə gördüyü işlər qənaətbəxş hesab olundu. Hesabat yığıncağının sonunda qərar layihəsi oxundu.
 
 
Keçidlər