Rayonumuzda 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə qanvermə aksiyası keçirildi
19 yanvar 2018 | 11:00
18 yanvar 2018-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti, YAP Pirallahı Rayon Təşkilatının birgə təşkilatçılığı və 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının kollektivinin fəallığı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə qanvermə aksiyası keçirildi. Humanitar aksiyada rayon idarə, müəssisə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri və fəal gənclər iştirak etdilər.
Tədbirdə çıxış edən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi bu qətliamın Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı döyüş hissələrinin yeridilməsi nəticəsində baş verdiyini qeyd etdi. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini bildirdi. Həmçinin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həmin günlərdə xalqın yanında olması, ölkəmizin Moskvada nümayəndəliyindəki çıxışı, daha sonralar Azərbaycan Prezidentinin kimi bu günə xüsusi status verməsi və onun davamçısı, cənab Prezident İlham Əliyevin də bu yola sadiqliyi xüsusi ilə vurğulandı. Diqqətə çatdırıldı ki, azadlıq yolunda özünü qurban vermiş şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olacaqdır.
B. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının həkim briqadasının həyata keçirdiyi qanvermə tədbirində 200-ə yaxın rayon sakini iştirak edərək talassemiyalı və hemofiliyalı xəstələrə yardım üçün könüllü olaraq qan verdi. Aksiyadan əvvəl hər bir donorun sağlamlığı yerindəcə təşkil olunmuş səyyar laboratoriyada yoxlanılırdı.
Aksiyada yüksək fəallıqla iştirak edən donorlar qanvermənin xeyirxah və savab iş olduğunu bildirərək, bu aksiyalarda iştirak etmənin hər bir kəsin vətəndaşlıq borcu olduğunu bildirdilər.
Qeyd edək ki, Azərbaycanda son illər talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası istiqamətində mühüm tədbirlər görülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Qanunu tətbiq edilməsi barədə” fərmanına uyğun olaraq, Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş tədbirlər proqramlarının həyata keçirilməsi bu xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına ehtiyacının tam ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan yaradıb. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin yaradılması nəticəsində bu xəstələrin müalicəsinin müasir səviyyədə təşkili mümkün olmuşdur. Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin olunub, bu xəstəlikdən əlillik və ölüm halları azalıb.