Tədbirlər planına əsasən 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir
20 yanvar 2018 | 11:00
Pirallahı rayonunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş tədbirlər planına əsasən silsilə tədbirlər keçirilir. Pirallahı rayonunun orta məktəblərində Qanlı Yanvar faciəsinə həsr edilmiş foto stendlər düzəldilmiş, anım mərasimləri, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilir.
19 yanvar 2018-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirildi.
Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev qeyd etdi ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanları olmuşlar. Tarixdə bənzəri olmayan bu cür qəddarlıq və vəhşilik XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş, əliyalın, dinc, mülki əhali kütləvi qətliama məruz qalmışdır. O zaman yalnız Ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə Azərbaycan xalqına qarşı təcavüzkar olan faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət verdi. Bu faciəyə ilk hüquqi qiyməti Ulu öndər Heydər Əliyev vermiş, 20 Yanvar hadisələri haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. Diqqətə çatdırıldı ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.
Sonra tədbir bədii hissə ilə davam etdirildi. Rayon məktəbliləri 20 Yanvar faciəsi ilə bağlı şeirlər söylədilər, səhnəciklər göstərdilər.