Gürgən qəsəbə İƏD üzrə nümayəndəliyinin 2017-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi
24 yanvar 2018 | 11:00
23 yanvar 2018-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Gürgən qəsəbə İƏD üzrə nümayəndəliyinin 2017-ci ilin yekunlarına və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabatında il ərzində qəsəbədə görülmüş işlərdən söz açılmış, qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları müzakirə edilmişdir. Tədbirdə RİH-nin məsul əməkdaşları - Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İsmayıl Əliyev, Ağsaqqallar Şurasının və Gürgən Bələdiyyəsinin üzvləri, eləcə də qəsəbə sakinləri iştirak etmişlər.
Hesabat məruzəsi ilə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Gürgən qəsəbə İƏD üzrə nümayəndəsi Nicat Qafarov bildirdi ki, Gürgən qəsəbə nümayəndəliyi öz işini 2017-ci il üçün hazırlanmış, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun təsdiq etdiyi iş planı əsasında qurmuşdur. Məruzədə nümayəndəliyin rayon ərazisində keçirilən tədbirlərdə və rayonun ictimai-siyasi həyatında yaxından iştirak etdiyini vurğulandı. Diqqətə çatdırıldı ki, 11 may 2017-ci il tarixində ölkə başçısı cənab prezident İlham Əliyev və xanımı birinci vitse-prezident Mehriban Əliyeva Pirallahı rayonuna səfər edərkən Gürgən qəsəbəsinin giriş hissəsində dayanaraq adanı sahillə birləşdirən yeni körpünün açılış lentini kəsmişdir. Layihə çərçivəsində inşa edilmiş və Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən körpünün uzunluğu 422 metr, yanaşma yolları ilə birlikdə uzunluğu isə 1360 metrdir. Körpünün eni 14 metr, hərəkət hissəsinin eni 12 metr, orta aşırımda dəniz səviyyəsindən hündürlüyü 11 metrdir. Körpü 9 aşırımdan ibarətdir (42x4 + 86 + 42x4 = 42). Bundan başqa Qala-Pirallahı 1-ci texniki dərəcəli avtomobil yolunun sonundan körpünün girişinə qədər olan avtomobil yolunun 2-ci texniki dərəcəyə uyğun yenidənqurulması başa çatdırılmışdır. 730 metr uzunluğunda olan yolun eni 12 metr hərəkət hissəsi 4 zolaqdan ibarətdir. Gürgən qəsəbəsinin giriş hissəsində yerləşən mövcud göl çirkab sulardan təmizlənərək, ətrafında 4 m enində yol düzəldilmiş və perimetri boyu 300 m məsafədə qaya daşları düzülmüşdür. Gölün kənarında hündürlüyü 9 m, eni 12 m olan şəlalə quraşdırılmışdır. Bundan əlavə gölün üzərində 12 m uzunluğunda piyadalar üçün körpü salınmış və ətrafında oturacaqlar qoyulmuşdur. Burada quraşdırılmış şəlalənin yanında iki ədəd fontan düzəldilmiş, Gölə əhalinin istirahəti üçün qayıqlar buraxılmışdır. Gölün yanında isə estetik gözəllik yaradan dekorativ yel dəyirmanı qurulmuşdur. Həmçinin gölün ətrafı boyu və mövcud yamac hissədə yaşıllıqlar salınmışdır. Burada kafenin inşa olunması da nəzərdə tutulmuşdur.
Qeyd edildi ki, hesabat dövrü İ.Məcidov, E.Hüseynov küçələrində, mərkəzi magistral yolda və Dübəndi bağ massivinin mövcud mərkəzi küçələrində təmizlik işləri aparılmış, məişət tullantıları 153 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən daşınmışdır. Gürgən qəsəbəsinin giriş hissəsində mərkəzi yolun kənarında Abşeron memarlığını özündə əks etdirən “Qala divarları” kompleksi inşa edilmişdir. Gürgən qəsəbəsində yol kənarında yerləşən yaşayış evlərinin dam örtükləri rənglənmiş, divarlara suvanaraq boyanmışdır. Qəsəbə sakinlərinin su, qaz və elektrik təminatı yaxşılaşdırılmışdır. İl ərzində Gürgən qəsəbəsində xeyli sayda ağaclar əkilmişdir. Əkilmiş ağacların və yaşıllıqların vaxtlı-vaxtında suvarılması təşkil edilməkdədir. Hesabat dövründə Gürgən qəsəbəsinin inzibati ərazisi olan Dübəndi bağlarında 15 paralel küçələrlə kəsişən və qala pirallahı magistral yoluna birləşən 4-cü keçid adlanan küçəyə eni 6 m olmaqla 1,2 km asfalt örtüyü salınmışdır. Dövlət proqramına uyğun olaraq qəsəbənin qaz təchizatının yaxşılaşdırılması məqsədilə 7-ci keçid 6-15 cənub küçələrində uzunluğu 1 km-dən çox olan 89 diametrli və uzunluğu 500 m dən çox olan 57 diametrli yeni yer üstü qaz xətləri çəkilmişdir.
Yay mövsümündə Dübəndi ərazisində dəniz kənarında bir çox sakinlərin müraciətini nəzərə alaraq çimərlik təşkil edilmişdi. Hesabat dövrü 10 əmr verilmiş, RİH-dən 21 əmr və sərəncam daxil olmuş, 51 nəfər rəsmi olaraq qəbul olunmuş, 56 nəfər isə şifahi müraciət etmişdir. Nümayəndəlik tərəfindən vətəndaşlara 189 arayış verilmişdir.
Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Hikmət Şikarov öz çıxışında qeyd etdi ki, dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi 2017-ci ilin ötən dövrü ərzində də Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində ölkəmizdə sabitlik qorunub saxlanılıb, dövlətimizin gücü və beynəlxalq nüfuzu daha da yüksəlib. Hikmət Şikarov 2018-ci il yanvar ayının 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin çıxışını bir daha yığıncaq iştirakçılarının diqqətinə çatdırdı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı keçiriləcək silsilə tədbirlərlə bağlı təkliflərini verdi. Cari ildə qəsəbənin sosial-iqtisadi inkişafında görüləcək tədbirlər haqqında danışan H.Şikarov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Pirallahı rayonunun daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən söz açdı.
231 nömrəli tam orta məktəbin müəllimi Xəqani Alməmmədov, Bakı şəhər Baş Baytarlıq İdarəsinin Pirallahı rayon üzrə sahə rəisi Məmməd Yusubov, qəsəbə sakini Müsəllim Vəliyev öz çıxışlarında hesabata münasibət bildirdilər. Hesabat yığıncağında məruzəçilər çıxışlarında əhalini narahat edən məsələlərə də toxundular, qaldırılan məsələlərin həlli yolları barədə ciddi fikir mübadiləsi apardılar. Yığıncaqda sakinləri maraqlandıran suallar cavablandırıldı.
Sonra qəsəbənin ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir qrup qəsəbə sakini YAP Pirallahı rayon təşkilatı tərəfindən fəxri fərmanlarla təltif olundu.
Sonda toplantının qərarı ilə Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının Gürgən qəsəbə İƏD üzrə nümayəndəliyinin, hesabatı nəzərə alınaraq, 2017-ci iildə gördüyü işlər qənaətbəxş hesab olundu.