Şriftin ölçüsü :

Saytın rəngi :

«700 min ağac əkək» kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

25 yanvar 2018 | 11:00
     Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadəsi məsələsi ölkəmizdə aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Pirallahı rayonunun  yaradılmasına dair qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan  sonra, bu rayonda geniş quruculuq və abadlıq, ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində  işlərinə start verildi. Rayonda insanların sağlamlığı, sanitar gigiyenik vəziyyət və ekoloji tarazlığın qorunması kimi məsələlər də daim diqqət mərkəzindədir. Bu istiqamətdə Pirallahı, Çilov, Neft Daşları və Gürgən qəsəbələrində rayon yaranandan indiyədək 300000-dən çox  müxtəlif  növ  ağaclar,  gül  və  kol  bitkiləri, o  cümlədən  Eldar  şamı, zeytun, çinar, sərv, palma, rozmarin, tuya, oleandr (söyüdgülü), leylandra, lavanda, perekanta (dovşanalması), barbaris, evemos (sarı şümşad)  əkilib və yaşıllaşdırma işləri davam etdirilməkdədir.
      “Hərəyə bir ağac əkək” aksiyası çərçivəsində Pirallahı Rayon İcra Hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının birgə təşəbbüsü ilə növbəti ağacəkmə kampaniyası keçirildi. Aksiyada RİH əməkdaşları, YAP Pirallahı rayon təşkilatının fəalları, eləcə də ictimaiyyət nümayəndələri iştirak etdilər. Ağacəkmə zamanı 200-dən çox zeytun ağacı və digər növ ağaclar  mərkəzi  magistral yol boyunca əkilmiş, eyni zamanda əkilən ağaclara aqrotexniki qulluq göstərilmişdir.
 
Keçidlər