Şriftin ölçüsü :

Saytın rəngi :

Rus dili və ədəbiyyatı fənni üzrə X Respublika olimpiadasının növbəti mərhələsi keçirildi

05 fevral 2018 | 11:00
    Təhsil Nazirliyi və Rusiya səfirliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən Rus dili və ədəbiyyatı fənni üzrə X Respublika olimpiadasının növbəti mərhələsi keçirildi. Pirallahı rayonunun 168 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə RİH əməkdaşları, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər iştirak etdilər.
    Tədbirdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbə müdirinin müavini Vüsal Babayev bu gün ölkə başçısı İlham Əliyevin Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdiyini, Rusiya ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyini önə çəkib, rus dilinin öyrənilməsi və tədrisi üçün dövlət səviyyəsində hər cür şərait yaradıldığını vurğulayıb.
    Tədbirdə Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin sədri Valentin Denisov çıxış edərək  Rus – Azərbaycan   dostluq əlaqələrinin yüksək  sürətlə  inkişafından  məmnun olduğunu  bildirdi, rus dili və ədəbiyyatına aid məktəb kitabxanasına 30 kitab hədiyyə etdi. 
    Rayon məktəbliləri Olimpiadanın bədii hissəsində rus mədəniyyətinə və ədəbiyyatına həsr olunmuş konsert proqramı ilə çıxış etdilər. Qeyd edək ki, 7-8-ci siniflər arasında keçirilən Olimpiadada Xəzər və Pirallahı rayonunun məktəbliləri iştirak etdilər.
 
 
Keçidlər