Pirallahı rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2018-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi
10 fevral 2018 | 11:00
10 fevral 2018-ci il tarixində V. Mustafazadə adına Mədəniyyət Mərkəzində Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının 2017-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirildi. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda qarşıya qoyduğu vəzifələr, yeni ilin başlıca hədəfləri hesabat yığıncağında müzakirə obyektinə çevrildi. Hesabat yığıncağında Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Bayramov, rayonun idarə, müəssisə, təşkilatlarının təmsilçiləri, ağsaqqallar, gənclər və rayon ictimaiyyəti nümayəndələri iştirak etdilər.
Yığıncaq iştirakçıları mədəniyyət mərkəzinin foyesindəki rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən foto stendlərlə tanışlıqdan sonra rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən filmi izlədilər.
Filmin nümayişindən sonra hesabat məruzəsi ilə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov 2017-ci ildə ölkəmizin sürətlə və uğurla inkişaf etdiyini, Azərbaycan xalqının sabitlik və təhlükəsizlik şəraitində yaşadığını bildirdiyini qeyd etdi. 2017-ci ilin dərin iqtisadi islahatlar ili olduğunu bir daha vurğulayan Prezident İlham Əliyev həm Dünya Bankı, həm Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda gedən proseslərə yüksək qiymət verdiyini bildirdi. Eyni zamanda, cənab Prezident Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşmasını çox böyük göstərici adlandırmışdır. 2017-ci ilin tarixi hadisələrlə də yadda qaldığını qeyd edən Prezident İlham Əliyev “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılmasnı, “Şahdəniz-2” layihəsinin icrasının 99 faizə çatmasını, TANAP və TAP layihələrinin uğurla reallaşmasını, nəinki ölkəmiz üçün, bölgə üçün, dünya üçün önəmli hadisə olmuş Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını, Şimal-Cənub nəqliyyat dəhlizinin icrası istiqamətində önəmli addımların atılmasını xüsusi vurğuladı. Cənab Prezidentin 2017-ci ildə qeyri-neft sektorunun 2,5 faiz, o cümlədən sənaye sahəsinin 3,6 faiz, kənd təsərrüfatının isə 4,1 faiz artdığını, valyuta ehtiyatlarının 4,5 milyard dollar artaraq 42 milyard dollar təşkil etdiyini, Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulduğunu, ixracın 19 faiz, qeyri-neft ixracının isə 24 faiz artdığını, 177 mini daimi iş yeri olmaqla 221 min yeni iş yeri açıldığını, işsizliyin 5 faiz, yoxsulluğun isə 5,4 faiz səviyyəsində olduğunu. iqtisadi və sosial infrastruktur layihələrinin uğurla icra edildiyini, energetika və nəqliyyat sahəsində tarixi hadisələrin baş verdiyini, idman sahəsində böyük uğurların qazanıldığını, İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirildiyini diqqətə çatdırdığını söyləyib. Ölkə başçısının 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdiyini, il ərzində həm ölkəmizdə, həm də xaricdə bununla əlaqədar bir çox tədbirlərin keçiriləcəyini vurğuladığını nəzərə çatdırıb.
Natiq Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl, xalqın maraq və mənafelərini əsas götürən siyasətin nəticəsi olaraq Pirallahı rayonunun da yola saldığımız il ərzində həm sosial-iqtisadi, həm də ictimai-siyasi sahədə yeni uğurlu nəticələrə imza atdığını diqqətə çatdırdı. Son beş ildə paytaxtımız Bakı şəhərinin rayonları sırasında öz layiqli yerini tutmuş Pirallahı rayonunun artıq tərəqqi və inkişaf yolu ilə inamla irəlilədiyini söyləyən V.İmanov rayonda həyata keçirilən layihələr barədə qısa məlumat verdi.
Vasif İmanov çıxışı zamanı xüsusi qeyd etdi ki, ölkə başçısı qısa bir müddət ərzində rayonumuza iki dəfə səfər etdi. May ayının 11-də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən müasir körpünün və yeni çəkilmiş yolun açılışında iştirak etdilər, həmçinin Pirallahı qəsəbəsindəki Səməd Vurğun küçəsində aparılan yenidənqurma işləri ilə tanış oldular. 21 iyul 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pirallahı rayonunda bir sıra obyektlərin və “ Nərəkənd” balıqyetişdirmə kompleksində fermaların açılışında iştirak etdi. Balıqyetişdirmə ferması iki hissədən ibarət olacaqdır – qapalı və açıq tipli fermalar. Fermada nərəkimilərin yetişdirilməsi nəzərdə tutulur. İllik istehsal gücü 150 ton nərəkimilər cinsindən olan balıq əti və 4 ton qara kürü olacaqdır. Fermanın inşaat işləri yerli şirkətlər, avadanlıqların quraşdırılması isə Hollandiyanın HESY şirkəti tərəfindən həyata keçiriləcəkdir. “Nərəkənd” Balıqyetişdirmə kompleksinin ümumi sahəsi ümumilikdə 7 hektar ərazinin əhatə edir. Bunun 1,5 ha ərazisində park-kompleksi salınmışdır. 1,5 ha hissəsində açıq və qapalı balıqyetişdirmə kombinatlarının inşası nəzərdə tutulub. Digər ərazi isə rekreasiya zonası kimi fəaliyyət göstərəcək. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunun içməli su təchizatı layihəsinin açılışında iştirak etdi. Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinin inşasının uğurla başa çatdırılması ilə əhalinin su təchizatı tam yenilənmiş, yeni magistral su xətti çəkilmiş, sakinlərin 80%-i 24 saat keyfiyyətli içməli su ilə təmin olunmuşdur. Sonda ölkə başçısı “Pirallahı” günəş elektrik stansiyasının açılışında iştirak etdi. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov dövlətimizin başçısına “Pirallahı” günəş elektrik stansiyası layihəsinin texniki-iqtisadi göstəriciləri haqqında ətraflı məlumat verdi. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Pirallahı qəsəbəsinin şimal-şərq hissəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə gücü 2,8 meqavat olan günəş elektrik stansiyalarının tikintisinə 2 hektar torpaq sahəsi ayrılmışdır.
Diqqətə çatdırıldı ki, 02 avqust 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Pirallahıda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı Sərəncam imzalamışdır. Sərəncama əsasən “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Prezidentin 2016-cı il 27 dekabr tarixli Fərmanında nəzərdə tutulmuş vəsaitdən Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinə 9,5 milyon manat, o cümlədən Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinin davam etdirilməsi üçün 4,5 milyon manat, qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 29 yeni beşmərtəbəli çoxmənzilli binanın tikintisi üçün ilkin olaraq 5 milyon manat ayrılmışdır. Pirallahı qəsəbəsi S.Vurğun küçəsində yeni yaşayış binalarının tikintisi üçün ayrılmış 6,5 ha ərazidə şaquli planlaşdırma, həmçinin ərazidən keçən kommunikasiya xətlərinin köçürülməsi işləri aparılmışdır. Yeni yaşayış kompleksinin layihələndirilmə işləri başa çatdırılmışdır. 3 ədəd binanın bünövrə çalasının qazılması işləri tamamlanmış və beton işləri görülmüşdür. Hazırda tikinti-quraşdırma işləri davam etdirilir.
Daha sonra Dövlət Proqramlarının icra vəziyyəti və qarşıda duran vəzifələrdən söz açan Vasif İmanov qeyd etdi ki, Gürgən qəsəbəsində də geniş miqyaslı abadlıq-quruculuq işlərinə start verilmişdir. Qəsəbəsinin giriş hissəsində mərkəzi yolun kənarında Abşeron memarlığını özündə əks etdirən qala divarının inşası tamamlanmış və yol kənarı hissədə dekorativ hasarların inşası başa çatdırılmışdır. Gürgən qəsəbəsində tarixən mövcud olan təbii bulaq yenidən qurulmuşdur. Sudan nümunə götürülərək laboratoriyada yoxlanılmış və içməyə yararlı su olduğu müəyyən olunmuşdur. Bulağın sağ və sol tərəflərindəki sütunların üstündə daşdan yonulmuş 2 ədəd çıraq formalı element quraşdırılmışdır. Gürgən qəsəbəsinin giriş hissəsində yerləşən mövcud göl çirkab sulardan təmizlənmişdir. Gölün ətrafında 4 m enində yol düzəldilmiş və perimetri boyu 300 m məsafədə qaya daşları düzülmüşdür. Gölün qırağında hündürlüyü 9 m, eni 12 m olan şəlalə quraşdırılmışdır. Bundan əlavə gölün üzərində 12 m uzunluğunda piyadalar üçün körpü düzəldilmiş və gölün ətrafında oturacaqlar qoyulmuşdur. Burada quraşdırılmış şəlalənin yanında, gölün daxilində iki ədəd fontan düzəldilmişdir. Gölə əhalinin istirahəti üçün qayıqlar buraxılmışdır. Gölün yanında isə estetik gözəllik yaradan dekorativ yel dəyirmanı qurulmuşdur. Həmçinin gölün ətrafı boyu və mövcud yamac hissədə yaşıllıqlar salınmışdır. Burada kafenin inşa olunması nəzərdə tutulmuşdur. Mərkəzi yol boyu dəniz kənarında “Gürgən” parkı ilə üzbəüz 200 m-lik məsafədə 4 ədəd qayıq, neft çənləri, araba, quyu, tonqal, qaya daşları, xırda daşlar və s. estetik gözəllik yaradan elementlərdən istifadə olunmaqla “Balıqçı Həyatı” kompozisiyası qurulmuşdur. Burada balıqçı, neftçi və onların ailəsindən ibarət 3 ədəd heykəl quraşdırılmışdır. Balıqçı torlarından ibarət çəpərlər düzəldilmişdir. Bundan əlavə ağac kötükləri oyularaq içərisinə müxtəlif növ güllər əkilmişdir. Əraziyə qazon örtüyü çəkilmiş, ağac və müxtəlif növ gül kolları əkilmişdir.
Bildirilmişdir ki, rayonun Baş planı Fövqəladə Hallar Nazirliyinin Ekspertiza idarəsinə təqdim etmək üçün hazırdır. Həmçinin rayonun mərkəzi olan Pirallahı qəsəbəsinin Baş və müfəssəl planı hazırlanır, rayonda salınacaq “Yüksək Texnologiyalar Parkı”nda lahiyələndirmə işləri aparılır. Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binasının inşası və yaxınlıqdakı Heydər Əliyev Mərkəzinin binasında tikinti işləri davam etdirilir. Yeni Azərbaycan Partiyasının Rayon Təşkilatı üçün tikilən yeni inzibati binada birinci mərtəbə inşa olunur. S.Vurğun küçəsində Gənclər Əyləncə Mərkəzi üçün ayrılmış sahədə yeraltı və yerüstü kommunikasiya xətləri inşaat sahəsindən kənarlaşdırılmış, ərazi inşaat hasarına alınmışdır. Rayon üzrə məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatı ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi - uşaq bağçasının inşaat işləri davam etdirilir. Artıq 140 yerlik körpələr evi - uşaq bağçasında işlər tamamlanmaq üzrədir. Pirallahı qəsəbəsi, S. Vurğun küçəsi, “Beton zavodu”n yaxınlığında ölçüləri l=12 m, h=1,2 m “Pirallahı” yazısı və ölçüləri isə l=2 m, h= 5 m rayonun simvolu quraşdırılmışdır. Simvol gecə işıqları ilə təchiz olunmuşdur. Həmçinin yolun əks tərəfində müxtəlif ölçüdə qaya daşları ilə “Daş Kitabə” dekorativ kompozisiyası qurulmuşdur. Onun üzərində isə respublikamızda mövcud olan tarixi və müasir tikililəri, təbiət mənzərələrini özündə əks etdirən rəsmlər həkk olunmuş, qaya daşlarının qabağında Pirallahı rayonunda inşa olunmuş yeni körpünün maketi quraşdırılmışdır. K.Rzayev küçəsində yerləşən “Yaşıl park”da abadlıq işləri aparılmışdır. Yeni oturacaqlar quraşdırılmışdır. Əraziyə 637 m2 asfalt-beton örtüyü çəkilmişdir. Müxtəlif növ gül və kol bitkiləri əkilmiş qazon örtüyü çəkilmişdir. S.Vurğun küçəsində baş plana uyğun olaraq salınacaq H.Əliyev parkının ərazisində işlərə başlanılmışdır. Ərazi torpaq tökülərək hamarlanmış və ətrafına 160 p/m dekorativ hasar quraşdırılmışdır. Hazırda işlər davam etdirilir. Pirallahı qəsəbəsi, 28-ci məhəllədə yeni yanacaqdoldurma məntəqəsinin inşası aparılır. Yanacaqdoldurma məntəqəsinin ofis binasının və avtoyuma məntəqəsinin tikinti-quraşdırma işləri davam etdirilir. Yanacaqdoldurma məntəqəsində metal fermaların quraşdırılması işləri başa çatdırılmışdır. Pirallahı qəsəbəsində «Nümunəvi Həyətlər» layihəsi çərçivəsində aparılan işlər davam etdirilir. Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində yerləşən yaşıl bazarda və ictimai-iaşə obyektində, K.Rzayev küçəsində yerləşən yaşıl yarmarkada təmir-tikinti işləri davam etdirilir. Dövlət Proqramında qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. 35 ildir ki, çörək adaya kənardan maşınlarla gətirilirdi. Dövlət Proqramına uyğun olaraq və sakinlərin tələbatı nəzərə alınaraq Pirallahı rayonunda “Ada çörək və un məmulatları kombinatı” artıq fəaliyyətə başlayıb.
Sənaye sahəsində görülən işlərdən söz açan V.İmanov vurğuladı ki, Rayon ərazisindən yerləşən “Abşeronneft” NQÇİ-nin “Rezervuarlar Park”ının tikintisi istiqamətində işlər yekunlaşmışdı və 11 oktyabr 2017-ci il tarixdə istifadəyə verilmişdir. Pirallahı “Yanalma körpüləri kompleksi”nin tikintisində işlər dəniz akvatoriyasında və sahil boyu davam etdirilir. Ölkə başçısının 14 sentyabr 2016-cı il tarixli sərəncamına əsasən yerli əczaçılıq sənayesinin təşkili məqsədilə yaradılmış Pirallahı Sənaye Parkında “Hayat Pharm” və “Caspian Pharmed” dərman preparatları, eləcə də şpris istehsalı zavodlarının yaradılması istiqamətində işlər davam etdirilir. Qeyd edək ki, Sənaye Parkına Rusiyanın “R-Farm” şirkəti ilə birgə təsis edilmiş “Həyat Farm” MMC tərəfindən ümumilikdə 74 milyon ABŞ dolları, İran İslam Respublikasının “TPICO” şirkəti ilə birgə təsis ediləcək müəssisə tərəfindən isə ilkin mərhələdə 20,6 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu nəzərdə tutulur. “Həyat Farm” MMC tərəfindən 300 adda, digər birgə müəssisə tərəfindən isə birinci mərhələdə 85 adda əczaçılıq məhsulu istehsal ediləcək. Pirallahı Sənaye Parkının rezidenti - “Diamed Co” MMC tərəfindən Sənaye Parkında qabaqcıl Avropa ölkələri, eləcə də Yaponiya və Koreya texnologiyaları əsasında ildə 100 milyon ədəd müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı nəzərdə tutulur. Bu müəssisələrdə 350-ə yaxın yeni iş yerlərinin açılması nəzərdə tutulur. Azərbaycanda istehsal ediləcək əczaçılıq məhsullarının yerli bazarla yanaşı, bir sıra xarici ölkələrə satışının təşkili də planlaşdırılır. Bundan əlavə, “Azərbaycan İnvestisiya Şirkəti” və Ukraynanın “İndar” şirkəti arasında Azərbaycanda insulin zavodunun tikilməsi barədə memorandum imzalanmışdır. Zavodun tikintisi Pirallahı Sənaye parkında iki il ərzində yerinə yetiriləcəkdir. Müqaviləyə əsasən burada 3 hektar ərazidə, infuziya və inyeksiya məhlullarının beynəlxalq standartlara (GMP) uyğun istehsalı üzrə müəssisənin yaradılacaq.
Ətraf mühitin qorunması, ekoloji tədbirlər və turizmin inkişafından danışan V.İmanov qeyd etdi ki, Hesabat dövründə Pirallahı rayonunda 28000 ədəd müxtəlif növ həmişəyaşıl və meyvə ağacları əkilmiş, 30000 kvadrat metr sahəyə isə qazon örtüyü salınmış, mərkəzi yol kənarı boyu müxtəlif landşaft kompozisiyaları düzəldilmiş, torpaq tökülərək yamaclar, təpələr qurulmuş, hamarlanma işləri aparılmış, qaya daşları, gül və kol bitkiləri ilə bəzədilmişdir. Həmçinin mərkəzi yol kənarı boyu yolun hər iki tərəfində estetik gözəllik verən dekorativ çəpərlər quraşdırılmışdır.
Sonra V.İmanov vurğulamışdır ki, planlaşdırılan işlər sırasında Gənclər evinin tikintisi, gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə “Gənclər Mərkəzi”nin yaradılması və həmin mərkəzdə istirahət obyektlərinin inşası, RİH-nin hazırda inşa edilən inzibati binasının qarşısındakı parkın abadlaşdırılması, dənizkənarı parkın salınması, 235 №-li tam orta məktəbin cari təmiri, 6 əlavə sinif otağının tikintisi, 14 saylı Uşaq Musiqi Məktəbi üçün yeni binanın tikintisi, Pirallahıda idmanın daha da inkişafı məqsədilə mövcud stadionun əsaslı təmir olunaraq genişləndirilməsi və idman meydançalarının yaradılması, alternativ enerji mənbələrindən olan külək və günəş enerjisi avadanlıqlarının qurulmasının davam etdirilməsi, Pirallahı və Çilov adaları arasında inşa ediləcək estakadalar boyunca salınacaq platformaların üzərində külək elektrik stansiyalarının quraşdırılması, əhalinin 24 saat fasiləsiz su ilə tam təmin olunması, eyni zamanda Pirallahı qəsəbəsində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisi, kiçik sahibkarlığın inkişafının dəstəklənməsi layihələri prioritet məsələlər olaraq qalır.
Hesabat ətrafında çıxış edən Pirallahı Rayon Polis Şöbəsinin rəisi Cümşüd İsmayılov, “Neft Daşları” NQÇİ-nin rəis müavini Zeynal Abdullayev, Pirallahı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Manaf Manafov və başqaları əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışdılar. Zalda quraşdırılmış səyyar mikrofon önünə yaxınlaşan sakinlərin rayon rəhbərliyinə sualları və müraciətləri ətraflı cavablandırıldı.
Milli məclisin deputatı Rauf Əliyev, Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Bayramov cənab Prezidentin rəhbərliyi ilə respublikada davam edən hərtərəfli, geniş və sürətli tərəqqidən ətraflı bəhs etmiş, dövlət başçısının həyata keçirdiyi yeni iqtisadi islahatlar, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının ölkə ictimaiyyəti tərəfindən böyük razılıq və rəğbətlə qarşılandığını bildirmiş, Pirallahı rayonunda görülən işləri müsbət dəyərləndirmişlər.
Daha sonra ötən il ərzində sosial-iqtisadi və mədəni inkişafına öz töhfələrini vermiş, ictimai həyatında fərqlənmiş, keçirilən tədbirlərdə fəal iştirak etmiş bir qrup rayon sakinin Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılması mərasimi keçirildi.
Hesabat yığıncağı iştirakçıları tərəfindən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu. Pirallahı rayonunda həyata keçirilən genişmiqyaslı işlər, reallaşan müxtəlif məzmunlu proqramlar bizə inamla onu deməyə əsas verir ki, 2018-ci il, “Azərbaycan Xalq Cümhuriyyəti İli” kimi, rayonumuzda yeni nailiyyətlərlə yadda qalacaq və müvəffəqiyyətlə başa çatacaqdır. Bu məqsədlə Pirallahı sakinləri ölkə başçısının göstərişlərini fəaliyyət proqramı kimi qəbul edərək rayonda həyata keçirilən abadlıq-quruculuq işlərinin uğurla icra edilməsi istiqamətində bu gün var qüvvə ilə çalışırlar. Pirallahılılar əmin edirlər ki, möhtərəm Prezidentin qarşıya qoyduğu məqsədlərə nail olacaqlar və rayonumuz Bakı şəhəri üzrə birincilər sırasına çıxacaqdır.