Rayonumuzda əhali tibbi müayinədən keçirilir
15 fevral 2018 | 11:00
Prezident İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıqlara əsasən paytaxtın Pirallahı rayonunda tədbirlər planının icrası uğurla həyata keçirilir. Rayon ərazisində fəaliyyət göstərən xəstəxanalarda təşkil edilən tibbi müayinələrdə əhalinin mütəşşəkiliyi müşahidə olunur.
Dövlət başçısının ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıqların icrası ilə bağlı Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən operativ tədbirlər icra olunur. Rayon İcra Hakimiyyətində aidiyyatı qurum nümayəndələrindən ibarət komissiya yaradılıb, qrafik tərtib olunub. Qrafik əsasında 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının, eləcə də Çilov adasında yerləşən 16 saylı Birləşmiş Şəhər Xəstəxanasının və Neft Daşlarında yerləşən tibb məntəqəsinin tibb işçiləri əhalinin sağlamlığının qorunması, müalicəsi və profilaktikası məqsədilə fevral ayının 10-dan əhalinin tibbi müayinəsinə başlamışdır. Səhiyyə müəssisələrinin hər birində əhalinin tibbi-proflaktik müayinədən keçirilməsi üçün lazımi şərait yaradılıb. Həmçinin səyyar həkim briqadaları hər gün müvafiq sahələr üzrə müayinələr aparır. Yaşlı insanların evlərində tibbi müayinədən keçirilməsi üçün sahə ərazi icra nümayəndəlikləri tibb müəssisələrinə müvafiq köməklik göstərirlər.
Rayonun səhiyyə müəssisələrinin tibb işçiləri və avadanlıqları bu nəcib aksiyanın yüksək səviyyədə həyata keçirilməsinə cəlb olunub. Pirallahı rayon sakinləri onların sağlamlığına göstərilən qayğıya görə ölkə prezidentinə minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, aksiya başlanandan 500-dən artıq rayon sakini tibbi müayinədən keçib. Əhalinin tibbi müayinədən keçirilməsi mayın 1-dək davam edəcək.