Pirallahılılar Xocalı soyqırımının 26-cı ildönümünü yad etdilər
23 fevral 2018 | 11:00
Fevralın 23-də Pirallahı rayonunda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri tərəfindən törədilmiş Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş tədbir keçirildi. “Xocalıya ədalət” başlığı altında təşkil olunan tədbirdə Pirallahı RIH başçısının müavini Vəzir Səfixanov, millət vəkili, Yap Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, Xocalıdan olan məcburi köçkün ailələri, Pirallahı rayonunun idarə və təşkilatlarının, rayon ictimaiyyətinin nümayəndələri, orta məktəblərin müəllim və yuxarı sinif şagirdləri iştirak etdilər. Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin böyük zalında baş tutmuş tədbirdən öncə iştirakçılar foyedə təşkil olunmuş Xocalı soyqırımına həsr edilən rayon məktəblilərinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış oldular.
Tədbir 26 il əvvəl erməni vəhşiliyinə tuş gəlmiş Xocalı soyqırımı qurbanlarının, bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlandı. Açılış sözü ilə çıxış edən Pirallahı RIH başçısının müavini Vəzir Səfixanov XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyət qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirdi. Dünya səviyyəsində Xocalı soyqırımı tarixin yaddaşlardan heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Xolokost kimi dəhşətli faciələrlə bərabər tutulur. Planlı şəkildə həyata keçirilən bu soyqırımının məhz Xocalıda törədilməsi təsadüfi deyil. İşğalçı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid olan ərazilərdən biri kimi tarixi və mədəniyyət abidələri ilə seçilirdi. Eyni zamanda, Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi də erməniləri narahat edirdi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın bilavasitə iştirakı ilə, ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdilər. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər insan adına sığmayan vəhşiliklərə məruz qalanlar çoxluq təşkil edirdi.
Vəzir Səfixanov bildirmişdir ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi və təkidi ilə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 martı Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
2002-ci il fevralın 25-də ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız soyqırımına əsl qiyməti vermişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”. Bu gün Milli Ordumuzun döyüşkən oğulları, düşməndən ən an qisas almağa, pozulmuş ərazi bütövlüyümüzü təmin etməyə qadirdir - deyən V.Səfixanov 2016-cı ilin aprel döyüşlərində ordumuzun erməni işğalçılarına sarsıdıcı zərbələr endirdiyini vurğuladı, torpaqlarımızın azad olunacağı günün çox da uzaqda olmadığını bildirdi.
Ötən əsrlər boyunca ermənilərin daim Azərbaycan ərazilərinə torpaq iddiaları olduğunu deyən millət vəkili Huseynbala Mirələmov bədnam qonşularımızın öz havadarlarına arxalanaraq, azərbaycanlıların gözünü qırmaqdan ötrü silsilə soyqırımılar törətməkdən də çəkinmədiklərini söylədi. Xocalıdan öncə belə soyqırımlar Meşəlidə, Kərkicahanda, Qaradağlıda baş verdi. 366-cı alay ilə erməni silahlı birləşmələrinin müqayisəolunmaz dərəcədə hərbi üstünlüyü səbəbindən işğala, soyqırımına, qanlı faciəyə məruz qalmışıq. Ancaq bu gün dövlətimizdən, ölkə rəhbərliyindən aldığımız güc bizə inam verir deyək ki, doğma torpaqlarımıza mütləq qayıdacağıq.
XX əsrin ən böyük faciəsi, qətliamı kimi Xocalı soyqırımının da bu aqressiv cinayətkar siyasətin nəticəsi olduğu, XX əsrin sonunda baş vermiş bu faciənin təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğu bir daha vurğulandı.
Tədbirə Milli Məclisin deputatı Hüseynbala Mirələmovun Xocalı soyqırımına həsr edilmiş “Xəcalət” pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşasına baxışla yekun vuruldu. Tamaşa Bakı Mühəndislik Universitetinin “Tələbə teatrı”nın kollektivi tərəfindən hazırlanmışdır. Tamaşanın yekununda aktyorlarla səmimi görüşən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov yüksək səviyyədə hazırlanmış səhnə əsərinə görə onlara təşəkkürlərini çatdırdı və yeni-yeni yaradıcılıq uğurları arzuladı.
Tədbirin sonunda Rayon İcra Hakimiyyəti tərəfindən millət vəkili Hüseynbala Mirələmova və Bakı Mühəndislik Universitetinin “Tələbə teatrı”na fəxri fərmanlar təqdim olundu.