Şriftin ölçüsü :

Saytın rəngi :

Dənizdə intensiv təmizlik işləri davam edir

05 avqust 2013 | 10:00
 Bu günlər Pirallahıda betonzavodunun tikintisi xeyli sürətlənib.
 Artıq zavodun istinad divarının inşası işləri də tamamlanıb.İstehsal avadanlıqları artıq sifariş olunub və yaxın günlərdə zavoda çatdırılacağı planlaşdırılır.
 Rayonun girişindəki dambanın sağ tərəfində dənizdə intensiv təmizlik işləri - köhnə gəmilərin qalıqlarının, çürümüş svayların kəsilərək ərazidən daşınması davam edir.  Süleyman Bağırov küçəsindəki “Abad məhəllə-1”in birinci binasında birinci mərtəbənin inşası gedir. İkinci bir bloklu 10 mənzilli binanın bünövrəsinin tikintisi davam edir. Pirallahının S.Bağırov küçəsindəki çirkab mənbəyi olan gölün qurudulması işləri də davam edir. İş prosesinə cəlb edilmiş ağır tonnajlı avtomaşınlarla indiyədək 3800-dən çox reys edilərək 15 km məsafədən torpaq daşınaraq gölə tökülür. Bundan əlavə İnzibati mərkəzin ərazisinə bitişik başqa bir gölün suyu bir güclü nasos vasitəsilə kənara vurularaq göl qurudulur. Eləcə də İnzibati mərkəzdə RİH-in və Polis şöbəsinin binaları tikiləcək ərazi təmizlənir.
 Pirallahı qəsəbəsinin məhəllələrində daxili su xətlərinin yenidən çəkilməsi prosesi gedir. Bu günlərdə iş yenə Əzizbəyov və S.Vurğun küçələrində sürətlə davam edirr. Kanalizasiya sisteminin yenidən qurulması 29-cu məhəllədə intensiv şəkildə davam edir.
 Baş kollektor üzərində qəsəbənin Tarxan adlanan hissəsindən başlayaraq Neftyığma məntəqəsi istiqamətində iş gedir.
 “Azəristilik” birliyi tərəfindən 40-cı məhəllədəki qazanxananın əsaslı təmiri sürətlə davam edir. Artıq qazanxananın damının vurulmasına başlanıb.    
 “Uşaq əyləncə parkı”nda mini-futbol meydançasının süni yaşıl qazonun döşənməsinə hazırlıq gedir. Parkda plitələrin döşənməsi və bordyurların düzülməsi başa çatıb, yaşıl qazonun döşənməsinə hazırlıq gedir.
“Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisində, 10 saylı BŞX-nın əsaslı təmirində, Pirallahını Abşeron yarımadası ilə birləşdirəcək körpünün tikintisində işlər qrafik üzrə davam edir.
 K.Rzayev küçəsindəki “Xeyir-şər” evində dam örtüyünün vurulmasına hazırlıq işləri, 40-cı məhəllədəki “Xeyir-şər” evində daxili suvaq vurulması işləri gedir. Eyni zamanda “Şəhidlər abidəsi” kompleksinin yeni layihəsi də artıq hazırdır.
 168 və 235 N-li məktəblərin arasında yeni bordyurların düzülür.
Pirallahı qəsəbəsində yeni alınmış müasir zibilxanalardan 34-ün quraşdırılması yekunlaşıb.
Keçidlər