Sumqayıt hadisələrindən 30 il ötür
27 fevral 2018 | 11:00
Sülhsevərliyi, humanistliyi, tolerantlığı ilə seçilən Azərbaycan xalqı və onun qızıldan qiymətli torpağı tarix boyu xarici düşmənlərin hədəfində olub. Bu ölkəyə sahib çıxmaq, onu nəzarətdə saxlamaq istəyənlər isə, ən azı, özləri qədər acgöz və qaniçən xalqdan – ermənilərdən dəyənək kimi istifadə ediblər. Xəstə təfəkkürlü bu millət isə tarix boyu “Böyük Ermənistan” qurmaq həvəsi ilə yaşayıb, ancaq buna nail ola bilməyib. Ermənilər 1980-ci illərin ortalarından başlayaraq himayədarlarının köməyi ilə yenidən özlərinin çirkin məqsədlərini həyata keçirmək üçün fəaliyyətə başladılar. Əsas hədəfləri isə əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək idi. Ancaq məsələnin miqyasını genişləndirmək üçün, necə deyərlər, nəyisə bəhanə etməyə ehtiyac var idi. Bu, Sumqayıt hadisələri oldu.
Azərbaycan oğulları Sovet İttifaqı dönəmində də dəfələrlə ölkəmizdən torpaq qoparmaq sevdasına düşən ermənilərin qarşısında ən böyük maneəyə çevrilmişdilər. Xüsusən, ulu öndər Heydər Əliyevin nüfuzundan çəkinən bədnam qonşularımız öz istəklərinə nail ola bilmirdilər. Ermənilər məhz Heydər Əliyev keçmiş Sovet İttifaqı rəhbərliyindən istefa verdikdən sonra Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün fəaliyyətlərini genişləndirdilər. Hətta bir müddət sonra hiyləgər bir plan da hazırlamışdılar: DTK-dakı ermənilərin və himayədarlarının dəstəyi ilə Sumqayıtda iğtişaşlar törədiləcək, bu hadisələr haqqında dünya ictimaiyyəti məlumatlandırılaraq, azərbaycanlıların vəhşi xalq olduğu barədə yanlış rəy formalaşdırılacaqdır. Beləliklə, erməni-azərbaycanlı qarşıdurmasının dönməz xarakter aldığı və dinc nizamlama perspektivlərinin heçə endiyi sübuta yetirilməyə çalışılacaqdı.
Bu hadisələrin fonunda Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin etmək üçün muxtar vilayəti Ermənistana birləşdirmək barədə qərarın qəbul olunmasına heç bir tərəf və ya ölkə etiraz edə bilməyəcəkdi. Hər şeyi qabaqcadan planlaşdıran daşnaklar Sumqayıt şəhərini təsadüfən seçməmişdilər. Məlumdur ki, həmin ərəfədə Ermənistandan zorla çıxarılmış 4 mindən artıq azərbaycanlının əksəriyyəti məhz Sumqayıtda məskunlaşmışdı. Ermənilərin törətdikləri vəhşiliklər təbii ki, onlarda qəzəb hissi yaratmışdı. Qorbaçovun “yenidənqurması” isə Sumqayıtı, sözün həqiqi mənasında, ölü şəhərə çevirmişdi. Burada işsiz qalan sakinləri təxribatlara çəkmək daha asan idi.
Və ermənilər buna nail oldular... 1988-ci il fevral ayının 27-28-də həyata keçirilən “ssenarinin” “baş qəhrəmanı” olan erməni Eduard Robertoviç Qriqoryanın rəhbərliyi ilə Sumqayıtda törədilən kütləvi iğtişaşlar nəticəsində 32 nəfər həlak oldu, 400-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 200-ə yaxın mənzil, 50-dən artıq mədəni-məişət təyinatlı obyekt və 40-dan çox avtonəqliyyat vasitəsi hücuma və talana məruz qaldı, yandırıldı. Azərbaycana təqribən 7 milyon sovet rublu məbləğində ziyan dəydi. Ölkəmizin beynəlxalq imicinə vurulan zərbənin miqyasını isə hesablamaq mümkün deyildi.
İstintaq nəticəsində Eduard Qriqoryanın mütəşəkkil dəstənin başçısı olması sübuta yetirilmiş, ona 12 il azadlıqdan məhrumetmə cəzası, hadisələrin iştirakçısı Əhməd Əhmədova isə ölüm hökmü çıxarıldı. Məhkəmədən qısa müddət sonra Ə. Əhmədov Moskvada güllələndi. Qriqoryan isə hələ fevralın 29-da saat 13.00-da müəyyən olunmuş yerdən İrəvana aparılmalı idi. Lakin məlum səbəblərdən bu vaxt uzandı və o, məhkəmə yekunlaşandan sonra İrəvana aparıldı. Orada isə məhkum kimi deyil, qəhrəman kimi qarşılandı. Çünki öz ermənilərinin nümayəndələrinin qanını tökərək, azərbaycanlıları vəhşi bir millət kimi təqdim etmək məsələsində “qəhrəmanlıq” göstərmişdi. Digər tərəfdən, Eduard Qriqoryanın ələ keçməsi ermənilərin planlarını alt-üst etdi. Çünki üzləşdirmə zamanı demək olar ki, zərərçəkmiş bütün ermənilər məhz Qriqoryanın onları öldürməyə çalışdığını, insanları təxribata çəkdiyini bildirdilər. Vəziyyətdən çıxmaq üçün ermənilər hətta şikayət edərək istintaqın SSRİ prokurorluğu tərəfindən aparılmasını tələb etdilər. Bu tələb dərhal qəbul olundu və istintaq işini SSRİ baş prokurorunun mühüm işlər üzrə müstəntiqi Vladimir Semyonoviç Qalkin apardı. Lakin bu da onların yalanlarını gizlətməyə kifayət qədər kömək etmədi. Ona görə ki, hadisələrin hansı motivdə baş verməsi və proseslərin nəyə görə bu məcrada getməsi artıq göz qabağında idi.
Bütün faktlar da belə deməyə əsas verir ki, heç kəs “Sumqayıt işi”ni saxtalaşdırmaqda bizi ittiham edə bilməz. Çünki bu işi SSRİ Prokurorluğu, rus, ukraynalı və digər millətlərin nümayəndələrindən ibarət müstəntiqlər aparıblar. İşin özəyini təşkil edən istintaq hərəkətləri İrəvanda SSRİ və Ermənistan prokurorluğunun erməni, rus, ukraynalı müstəntiqləri tərəfindən keçirilib. Məhz bu istintaq hərəkətlərində Sumqayıt hadisələrində Qriqoryanın fəal rolu öz əksini tapıb. Bu isə o deməkdir ki, Sumqayıt hadisələri məkrli erməni fitnəsinin nəticəsi idi.
Sumqayıt hadisələrinə dair aparılmış istintaq araşdırmaları nəticəsində bu hadisələrin təşkil olunmasında SSRİ xüsusi xidmət orqanlarının da əlinin olduğu yəqinləşib. Bu barədə şübhələr və məlumatlar hələ 1989-1990-cı illərdə aparılmış istintaq zamanı ortaya çıxıb. Belə ki, o vaxt başlanmış cinayət işinin materiallarında Sumqayıtda talanlar törətmiş qrupa rəhbərlik edən, ermənilərin öldürülməsində, zorlanmasında, əmlaklarının məhv edilməsində fəal iştirak edən erməni Eduard Qriqoryanın kütləvi iğtişaşlar ərəfəsində şübhəli şəxslərlə görüşməsi, onlardan Sumqayıtda yaşayan ermənilərin siyahısını alması, hadisələr zamanı öz qrupunun üzvlərinə spirtli içkilər və psixotrop preparatlar paylaması barədə kifəyət qədər ifadələr olduğu halda, bu məlumatlar SSRİ Prokurorluğunun istintaq qrupu tərəfindən araşdırılmayıb, əksinə, kütləvi iğtişaşların təşkilatçılarını aşkara çıxara bilən məlumatlar və dəlillər ört-basdır edilib. Həmçinin Sumqayıtda baş vermiş iğtişaşlar zamanı saxlanılmış erməni soyadı daşıyanların barəsində heç bir araşdırma aparılmayıb, onlar dərhal "zərərçəkən" tərəf kimi buraxılıb və bir çoxları məsuliyyətdən kənarda qalıb.
2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt hadisələri ilə bağlı cinayət işinin istintaqının yenilənməsi barədə tapşırıq verib. İstintaq qrupuna Baş prokurorun müavini başçılıq edir. Bu yenilənmədən sonra istintaq qrupu tərəfindən Sumqayıt hadisələrinin çoxsaylı şahidləri, SSRİ prokurorluğunda istintaq qrupuna daxil olan müstəntiqlər dindirilib. Araşdırmalar bu hadisələrin sifarişçiləri və təşkilatçılarının sovet rəhbərliyində təmsil olunan ermnənipərəst dairələr, erməni millətçiləri və separatçılarının olduğunu təsdiqləyir.