Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda “Xocalı-qan yaddaşımız” şüarı altında anım tədbiri keçirilib

27 fevral 2018 | 11:00

“Xocalı soyqırımının 26-cı ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 6 fevral 2018-ci il tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış Tədbirlər Planına əsasən rayonun idarə, müəssisə və təşkilatlarında anım mərasimləri təşkil edilmiş, ümumtəhsil müəssisələrində, mədəniyyət ocaqlarında, məktəbdənkənar və məktəbəqədər tərbiyə müəssisələrində Xocalı soyqırımına həsr olunmuş müxtəlif tədbirlər keçirilmişdir.
26 fevral 2018-ci il tarixdə “Xocalı-qan yaddaşımız” şüarı altında keçirilən növbəti tədbirdə RIH başçısının müavini Vəzir Səfixanov, Pirallahı rayonunun idarə və təşkilatlarının, rayon ictimaiyyətinin nümayəndələri, orta məktəb şagirdləri iştirak ediblər. 4 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzində baş tutmuş tədbirdən öncə iştirakçılar foyedə təşkil olunmuş Xocalı soyqırımına həsr edilən rayon məktəblilərinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış oldular.
Pirallahı RIH başçısının müavini Vəzir Səfixanov öz çıxışında bildirdi ki, Xocalı  soyqırımı  Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Azərbaycan xalqı son 200 il  ərzində erməni millətçi-şovnistlərinin davamlı olaraq soyqırım  siyasətinə, etnik   təmizləmə prinsiplərinə məruz qalmış, zaman-zaman  öz  tarixi  torpaqlarından məhz  erməni qəsbkarları tərəfindən qovulmuş, qaçqın və məcburi köçkünə çevrilmişdir. Çıxış edənlər  azərbaycanlıların  öz  tarixi,  etnik  torpaqlarından  ermənilər  tərəfindən  çıxarılması  prosesinin hələ sovet dönəmindədə baş  verdiyini  diqqətə  çatdırdılar. 1948-1953-cü illərdə Ermənistandan 150 mindən artıq azərbaycanlının  deportasiya olunduğu,  eyni zamanda, 1988-ci  ildən başlayaraq, 250 mindən  artıq  soydaşımızın dədə-baba  torpaqlarından  məhz  ermənilərin  məkrli siyasəti nəticəsində vəhşicəsinə köçürüldüyünü də vurğuladı.  1988-ci ildən Dağlıq Qarabağ  ətrafında  başlayan hadisələrin məhz saxta erməni  iddialarının,  "dənizdən-dənizə  Ermənistan" adlı sərsəm bir arzunun nəticəsi olduğu,  Azərbaycanın  kənd  və  şəhərlərinin dağılması,  on  minlərlə  günahsız soydaşlarımızın  ölümü  ilə  müşahidə  olunduğu  söylənildi. Beynəlxalq hüquq normalarına zidd olaraq, işğalçı Ermənistan  Dağlıq  Qarabağı  özününküləşdirmək kimi yanlış bir niyyətindən hələ  də  əl  çəkmir,  bu  yolda  cinayət  və vəhşiliklərə də hazır olduğunu nümayiş etdirir.  XX əsrin  ən  böyük  faciəsi, qətliamı kimi Xocalı soyqırımının da  bu aqressiv cinayətkar siyasətin nəticəsi olduğu, XX  əsrin sonunda  baş  vermiş  bu faciənin  təkcə Azərbaycan  xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğu bir daha  vurğulandı.
Tədbirdə digər çıxış edənlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri, eləcə də Azərbaycanın bir gecədə ermənilər tərəfindən məhv edilən Xocalı şəhəri və onun sakinlərinin acı taleyindən danışıb, bu soyqırımını törədən cinayətkarların cəzalandırılmasının vacibliyini vurğulayıblar.
Sonda məktəblilərinin hazırladıqları Xocalı soyqırımını əks etdirən ədəbi-bədii kompozisiyalar tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

 

 

Keçidlər