Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda “700 min ağac əkək” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

05 mart 2018 | 11:00
    Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadəsi məsələsi ölkəmizdə aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Pirallahı rayonunun  yaradılmasına dair qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan  sonra, bu rayonda ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması  məqsədi ilə rayonun bütün ərazisi boyu mütəmadi olaraq genişmiqyaslı  abadlıq, yaşıllaşdırma işləri həyata keçirilir və bu işlər hazırda davam etdirilir. Bu  istiqamətdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı  ilə rayonun bütün ərazisində  idarə və müəssisələrin iştirakı ilə iməciliklər keçirilmiş, on minlərlə ağac,  mövsümi gül kolları əkilmişdir.
    “700 min ağac əkək” aksiyası çərçivəsində  Pirallahı Rayon İcra Hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının birgə təşəbbüsü ilə növbəti ağacəkmə kampaniyası keçirildi. Pirallahı qəsəbəsində yeni salınacaq parkının ərazisində 400-dən çox zeytun və şam ağacı əkilib. Aksiyada RİH əməkdaşları, YAP Pirallahı rayon təşkilatının fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bu kampaniyada  təbiətin və ekoloji mühitin  mühafizəsi, biomüxtəlifliyin  qorunması  istiqamətində  çox saylı  tədbirlər və layihələr həyata keçirilir.                      
    Qeyd edək ki, gələcəkdə də bu cür aksiyaların davam etdirilməsi nəzərdə tutulur.
 
Keçidlər