Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı qəsəbəsində sakinlərlə növbəti səyyar görüş keçirildi

06 mart 2018 | 11:00

    5 mart 2018-ci il tarixdə Pirallahı İƏD üzrə nümayəndəliyin inzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib. Görüşdə RİH-in məsul əməkdaşları, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə, təşkilatların, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
    Tədbiri giriş sözü ilə açan RİH başçısı Vasif İmanov səyyar görüşün məqsəd və mahiyyəti, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial, mədəni, siyasi islahatlar, təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı, neft sənayesi və digər sahələrdə əldə olunan uğur və nailiyyətlər və cənab Prezident İlham Əliyevin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən geniş danışdı.
    Daha sonra görüşdə iştirak edən sakinlər – Hüseynov Yaqub, Nəsibov Polat, Məmmədova Ezangül və digərləri çıxış edərək rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər. Suallar əsasən  məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qaz təzyiqinin aşağı olması, sahibsiz heyvanların yığışdırılması və digər məsələləri əhatə etmişdir.
    Sonda Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən və nəzərdə tutulan işlərdən danışıb, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.

 

Keçidlər