Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 98-ci ildönümünü münasibətilə humanitar aksiyalar keçirilir

10 mart 2018 | 11:00
     Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 98-ci ildönümünü münasibətilə QAC-nin Pirallahı rayon bölməsi silsilə humanitar aksiyalar keçirilir. 6 mart 2018-ci il tarixdə şəhid ailələri, Qarabağ müharibəsi veteranları, tənha, kimsəsiz insanlarla görüş keçirildi. Tədbir zamanı Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova onların gündəlik qayğıları ilə maraqlanıb problemlərinin həllində imkan daxilində yardımçı olacağını bildirdi. Qeyd edildi ki, 1920-ci ildə əsası qoyulan Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu gün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatını respublikada təmsil edən yeganə milli cəmiyyətdir. Azərbaycanın şanlı tarixinin ayrılmaz hissinə çevrilən Qızıl Aypara Cəmiyyəti hazırda respublikada ən böyük sosial bazaya malik qeyri-hökumət təşkilatlarından biridir. Bu gün Cəmiyyət öz sıralarında 370 mindən çox üzvü və 25 minə yaxın könüllünü birləşdirir. 2008-ci ildə prezident İlham Əliyevin “Qızıl Aypara gününün təsis edilməsi haqqında” imzaladığı sərəncama uyğun olaraq, hər il martın 10-u “Qızıl Aypara Günü” kimi qeyd olunur.
     Sonda qayğıya ehtiyacı olan insanlara ərzaq bağlamaları paylanıldı. Yardım alan ailə üzvləri hər zaman onlara mənəvi dayaq olan Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova və xeyriyyəçi insanlara öz dərin minnətdarlıqlarını bildirdilər.              
    Qeyd edək ki, əlil ailələrə və sağlamlıq imkanları məhdud olan insanlara verilən ərzaq məhsulları evlərinə çatdırıldı.
 
Keçidlər