Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda “İki nəslin görüşü” adlı tədbir keçirildi

14 mart 2018 | 11:00
     Mart ayının 14-də, Novruz bayramı ərəfəsində, Yeni Azərbaycan Partiyası Pirallahı Rayon təşkilatının Gənclər Birliyi Rayon Ağsaqqallar Şurası ilə birgə, qəsəbədə yerləşən 168 №-li tam orta məktəbdə “İki nəslin görüşü” adlı tədbir təşkil etdi. Görüşdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının və YAP Pirallahı Rayon təşkilatının məsul əməkdaşları, rayon Ağsaqqallar Şurasının üzvləri, rayon fəalları, əmək və müharibə veteranları, orta təhsil müəssisələrinin yuxarı sinif şagirdləri, gənclər təşkilatlarının fəal üzvləri iştirak etdilər.
    Görüşü açıq elan edən İ.Məmmədli tədbir iştirakçılarını “Azərbaycan gəncliyi” adlı videoçarxa baxmağa dəvət etdi. Çox maraqla izlənən videoçarxdan sonra görüşdə çıxış edən Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həm veteranlara, həm də gənclərə daim diqqət və qayğı ilə yanaşır, onların sosial məsələlərinin və problemlərinin həllinə çalışır. Veteranların sosial təminatı yüksək səviyyədə həll olunur, onların yubileyləri qeyd edilir, ağsaqqallarla gənc nəslin yaddaqalan görüşləri keçirilir.
     Yeni Azərbaycan Partiyası Pirallahı Rayon təşkilatı Gənclər Birliyinin sədri Mehman Həşimli vurğuladı ki, bu gün ölkəmizin əldə etdiyi uğurlarda əhəmiyyətli rolu olan Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, eyni zamanda, bölgədə böyük siyasi qüvvəyə çevrilib.  Xalqın iradəsini ifadə edən, iştirak etdiyi bütün seçkilərdə parlaq qələbələr qazanan, ölkənin avanqard partiyasının Gənclər Birliyində təmsil olunmaq çox böyük şərəf və məsuliyyətdir. Qürurla deyə bilərik ki, əsl ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının gəncləri ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycanın qurulması və inkişafı naminə müəyyən etdiyi proqramın həyata keçirilməsində hər zaman ulu öndərin ən yaxın köməkçiləri olmuşlar və hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirirlər. YAP-ın sıralarına yeni qoşulanların mütləq əksəriyyətinin məhz gənclərdən ibarət olduğunu söyləyən M.Həşimli, partiyanın 700.000 mindən artıq üzvünün 40 faizini gənclərin təşkil etdiyini bildirdi.
     Daha sonra çıxış edən Pirallahı RİH-in şöbə müdirinin müavini Vüsal Babayev, YAP Pirallahı rayon təşkilatı Gənclər  Birliyinin sədr müavini Elturan Həşimov, Pirallahı Rayon Ağsaqqallar şurasının üzvü Yaqub Hüseynov, Dövlətqaçqınkomun Pirallahı rayonu üzrə sektor müdiri İlqar Məmmədli iki nəslin belə görüşlərinin mühüm əhəmiyyətini vurğuladılar, veteranların zəngin təcrübəsindən yararlanmağın vacibliyini qeyd etdilər. Natiqlər eyni zamanda gənclərin Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan danışdılar. Bildirildi ki, gənclərin böyük həyat təcrübəsinə malik veteranlardan öyrənmək, veteranların isə gənc nəslin nümayəndələrinə öz tövsiyələrini vermək baxımından belə görüşlərin əhəmiyyəti böyükdür. Qeyd edildi ki, gənclərin ölkənin inkişafının davamlılığında, dövlətimizin qarşısında duran problemlərin həllində üzərinə böyük məsuliyyət düşür. Gənclər ölkənin inkişafı naminə öz potensiallarını səfərbər etməli, siyasi cəhətdən daha da yetkinləşməli, Azərbaycanın etibarlı gələcəyinin qurulmasında yaxından iştirak etməlidirlər. Onlar daxili sabitliyə, xalqın birliyinə qarşı yönəlmiş yad təsirlərdən özlərini qorumağı bacarmalı, belə hallarla inamla mübarizə aparmalıdırlar. Natiqlər gənclərin onlara göstərilən etimadı doğruldacağına, Vətənimizə layiqli vətəndaş olacaqlarına əminliklərini ifadə etdilər.
     Sonda ağsaqqallar görüşdə iştirak edən gənclərin çoxsaylı suallarını cavablandırdılar və xatirə fotoşəkli çəkdirdilər.
 
Keçidlər