Rayonumuzda Novruz Bayramı münasibətilə silsilə tədbirlər keçirilir
15 mart 2018 | 11:00
“Novruz bayramı” münasibətilə Pirallahı qəsəbəsində yerləşən 168 nömrəli tam orta məktəbdə tədbir keçirildi.
Bayram şənliyində tədbir iştirakçılarını qədim Novruz münasibətilə ürəkdən təbrik edən Pirallahı RİH-nin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Azad Namazov bayram haqqında geniş məlumat verdi, qədim zamanlardan başlayaraq Azərbaycanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişinin şənliklərlə qarşılandığını vurğuladı, Novruz adətləri barədə danışdı. Bildirildi ki, xalqımızın ümummilli lideri, müstəqil Azərbaycanın memarı olan Heydər Əliyev Novruz bayramını çox sevirdi, bu qədim bayramın dirçəlməsi, qorunub-saxlanması üçün böyük işlər görmüşdü.
Milli Elmlər Akademiyasının Folklor İnstitutun şöbə müdiri, folklorşunas, alim Elxan Məmmədli, BŞTİ-nin aparıcı məsləhətçisi Rövşən Əliyev, aşıqlar birliyinin üzvü, fəlsəfə doktoru Altay Məmmədli iştirakçıları “Yel çərşənbəsi” və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdilər, onlara cansağlığı, səadət, firavanlıq, bol ruzi-bərəkət arzulayaraq uğurlar dilədilər.
Sonra qəsəbənin məktəbliləri hazırladıqları bayram əhval-ruhiyyəli proqramla tədbir iştirakçılarını sevindirdilər. Çıxışlarda Novruz bayramı, çərşənbələrə aid bayatılar, şeirlər səsləndi. Novruz personajları Kosa və Keçəlin mərasimə gəlməsi isə bayram tədbirini daha da rövnəqləndirdi. Keçəl və Kosa çıxışlarının sonunda Bahar qızını mərasimə dəvət etdilər. Xonça, səməni, şəkərbura, paxlava kimi Novruz şirniyyatları mərasimin bəzəyi idi. Mərasim yumurta döyüşdürmə və digər maraqlı oyunlarla yadda qaldı.