Rayonumuzda prezident seçkiləri yüksək fəallıq şəraitində keçib
13 aprel 2018 | 11:00
Paytaxtımız Bakının ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı ölkə başçısının daim diqqətində olan məsələlərdəndir. Bu diqqətin ən bariz nümunələrindən biri Bakının yeni, 12-ci - Pirallahı rayonunun yaradılması oldu. Cənab Prezidentin təşəbbüsü ilə yaradılan yeni rayon qısa bir müddət ərzində sürətli inkişafa nail ola bilmişdir. Rayonun sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması, həyata keçirilən infrastruktur layihələri, abadlıq-quruculuq işləri, yaşıllıqların salınması, vətəndaşların rifah halının yüksəlməsinə səbəb olmuşdur. Bunun nəticəsidir ki, rayon sakinləri özlərinin layiqli namizədinə səs vermiş, dövlətə sədaqətini bir daha sübut etmişdirlər.
Rayonumuzda seçicilər seçki başlanan andan yüksək fəallıq nümayiş etdiriblər. Səhər saatlarından etibarən 13 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə Pirallahı rayonunda olan 10 daimi seçki məntəqəsində, o cümlədən dənizdə çalışan neftçilərin səsvermələrini təmin etmək üçün müvəqqəti əsaslarla yaradılmış 4 seçki məntəqəsində və N saylı hərbi hissədə səsvermə başlayan andan vətəndaş axını davam edib. 13 saylı Xəzər–Pirallahı seçki dairəsi üzrə 48759 seçicidən 35042 nəfəri (71.87% faiz) səsvermədə iştirak etmişdir. Məntəqələrdə heç bir qanun pozuntusu qeydə alınmamışdır. Seçicilər səsvermədə mütəşəkkil iştirak ediblər. Rayon üzrə 3 (32, 34 və 35 saylı) məntəqədəki səsvermə prosesini veb-kamera vasitəsilə müşahidə etmək mümkün olub.
Səsvermə günü 3 məntəqəyə Makedoniyadan iki müstəqil müşahidəçi - Afri Qaşi və Necbedi Keramani gəlmişlər. Rayonda seçki məntəqələrində müşahidə aparan beynəlxalq müşahidəçilər seçkilərin tam demokratik və şəffaflıq şəraitində keçirildiyini bildirdilər.
Qeyd edək ki, seçkilərin ilkin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlandıqdan sonra Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təşəbbüsü ilə cənab İlham Əliyevin prezident seçkilərində böyük üstünlüklə qələbəsi münasibəti ilə Pirallahıda rayon əhalisinin fəallığı ilə Gənclər Parkında «İlhamla İrəli!» möhtəşəm konsert proqramı keçirildi.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çıxış edərək «Hər zaman hər yerdə sizinləyik, cənab Prezident!» «Bizim gücümüz birliyimizdədir!» «İlhamla irəli», «İlhamla davam», «Yaşasın Azərbaycan», «Xalqın səsi-cənab İlham Əliyevin qələbəsidir», «Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidentidir» şüarları səsləndirərək bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdi. O əmin olduğunu bildirib ki, qarşıdakı 7 il ərzində ölkəmiz cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlərə imza atacaq. Tədbir tanınmış estrada ulduzlarının ifasında möhtəşəm konsert proqramı ilə davam edib.
Tədbirin sonunda üzərində “İlhamla İrəli” şüarı əks olunmuş maşınlardan ibarət yürüş və atəşfəşanlıq baş tutmuşdur.