Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimovun doğum günüdür

18 aprel 2018 | 11:00
    Rasim İbrahimov 18 aprel 1962-ci ildə Bakı şəhəri Əzizbəyov rayonunun (İndiki Pirallahı) Çilov adasında neftçi ailəsində anadan olub. 1977-ci ildə C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olan R.İbrahimov 1983-cü ildə Almaniyaya hərbi xidmətə göndərilib. 1988-ci ildə Bakıya qayıdan R.İbrahimov, 1992-ci il 28 iyun Füzuli rayonunun Tuğ kəndi uğrunda girdiyi döyüşdə onlarla ermənini məhv edib. R.İbrahimov bu döyüşdə döyüşçü dostlarını mühasirədən xilas edərkən özü düşmənin mühasirəsinə düşür. Ermənilərə təslim olmayan R.İbrahimov "Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!", - deyərək özünü qumbara ilə partladır.
    Azərbaycan Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə Rasim Səxavət oğlu İbrahimov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
    Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Çilov adasında abidəsi ucaldılıb, adına bağ salınıb. Vaxtilə təhsil aldığı 131 saylı orta məktəb onun adını daşıyır.
Keçidlər