Tezliklə ilk qazanxana təhvil veriləcəkdir
14 avqust 2013 | 10:00
Pirallahı qəsəbəsində “Azəristilik” MMC tərəfindən aparılan 40-cı məhəllədəki qazanxananın əsaslı təmir işləri artıq başa çatmaq üzrədir. Əvvəllər bu qazanxana yalnız “Çobanyastığı” körpələr evi – uşaq bağçasını istiliklə təmin etmişdir. İyun ayının 3-dən başlayaraq burada əsaslı təmir işlərinə start verilmişdir. 20 nəfər işçinin səyi ilə əsaslı təmir işlərini qısa müddətdə başa vurmaq mümkün olmuş, qazanxananın gücü 1,2 GKal/saata qədər artırılmışdır. İndi bu qazanxana növbəti payız-qış mövsümündə “Çobanyastığı” körpələr evi – uşaq bağçası ilə bərabər 40-cı məhəllənin daha 5 binasını da, daha dəqiqi 270 mənzili istiliklə təmin edə biləcəkdir.
Bu günlər Pirallahı Betonzavodunun tikintisi xeyli sürətlənib. Betonzavodun istinad divarının inşasından sonra tikinti materialları qəbuledicisinin və bunkerin tikintisinə başlanıb. Qonşuluqda dəmir-beton məmulatları və tikinti materialları sexinin də inşasına başlanıb.
Süleyman Bağırov küçəsindəki “Abad məhəllə-1”in birinci binasında birinci mərtəbənin inşasında mərtəbələrarası örtüyün qəlibi yığılır. İkinci bir bloklu 10 mənzilli binada bünövrənin kürsüsü hörülür. İnzibati mərkəzin ərazisində rayon Polis şöbəsi binasının kotlovanı (bünövrə üçün çala) qazılmaqdadır. Paralel olaraq ərazidən köhnə tikililər, kommunikasiyalar köçürülür. Pirallahı qəsəbəsinin məhəllələrində daxili su xətlərinin yenidən çəkilməsi prosesi Əzizbəyov və S.Vurğun küçələrində sürətlə davam edir. Kanalizasiya sisteminin yenidən qurulması 29-cu məhəllədə intensiv şəkildə davam edir və yekunlaşmaq üzrədir. Bir neçə günə bu işlər başa çatdırılaraq məhəllənin abadlaşdırılması prosesinə start veriləcəkdir. Süleyman Bağırov küçəsindəki gölün qurudulması prosesində, “Uşaq əyləncə parkı”nda, K.Rzayev küçəsində, 40-cı və 29-cu məhəllələrdəki “xeyir-şər evləri”ndə, “Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisində, 10 saylı BŞX-nın əsaslı təmirində, Pirallahını Abşeron yarımadası ilə birləşdirəcək körpünün tikintisində işlər qrafik üzrə davam edir.