Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda növbəti ağacəkmə aksiyası keçirildi

21 aprel 2018 | 11:00
     Ekoloji vəziyyətin yaxşılaşdırılması, insanların sağlam təbii mühitdə yaşaması,  təbii sərvətlərdən xalqımızın rifahının yüksəldilməsi naminə istifadə edilməsi dövlətimizin qarşıya qoyduğu prioritet məsələlərdəndir.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Pirallahı rayonunun  yaradılmasına dair Qanunun tətbiqi barədə Sərəncamı imzaladıqdan  sonra, bu rayonda ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması  məqsədi ilə rayonun bütün ərazisi boyu mütəmadi olaraq genişmiqyaslı  abadlıq, yaşıllaşdırma işləri həyata keçirilir və bu işlər hazırda davam etdirilir. Bu  istiqamətdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı  ilə rayonun bütün ərazisində  idarə və müəssisələrin iştirakı ilə iməciliklər keçirilmiş, on minlərlə ağac,  mövsümi gül kolları əkilmişdir.
     Aprel ayının 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar  “700 min ağac əkək” aksiyası çərçivəsində  Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının  birgə təşkilatçılığı ilə növbəti ağacəkmə kampaniyası keçirildi. Aksiyada 250-dən çox şam ağacı və digər növ ağaclar  mərkəzi  magistral yol boyunca əkilmiş, eyni zamanda əkilən ağaclara aqrotexniki qulluq göstərilmişdir. Aksiyada RİH və YAP Pirallahı rayon təşkilatının əməkdaşları, gənc fəallar iştirak etdilər. Bu kampaniyada  təbiətin və ekoloji mühitin  mühafizəsi, biomüxtəlifliyin  qorunması  istiqamətində  çox saylı  tədbirlər və layihələr həyat keçirilir.    
       Qeyd edək ki, gələcəkdə də bu cür aksiyaların davam etdirilməsi nəzərdə tutulur.
 
Keçidlər