Şriftin ölçüsü :

Saytın rəngi :

Gürgən qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirildi

01 may 2018 | 11:00
     Aprelin 30-da Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun Gürgən qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib. Görüşdə RİH-in məsul əməkdaşları, dövlət idarə, müəssisə, təşkilatların, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
     Tədbirə gələnləri salamlayan Rayon İcra Hakimiyyətinin başçısı cənab Vasif İmanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən və bu istiqamətdə Gürgən qəsəbəsində aparılan işlərlə bağlı ətraflı məlumat verdi.
     Qəsəbə sakinləri Hacıyeva Zəminə, Hüseynova Səmayə, İsmayılova Zərifə, Qurbanov Zahir və başqaları onları maraqlandıran suallarla bağlı müraciət etdilər. Suallar əsasən  işlə təminatı, abadlıq-quruculuq işlərinin aparılması və digər məsələləri əhatə etmişdir.
      Sonda Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən və nəzərdə tutulan işlərdən danışıb, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Keçidlər